AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Gələcək astronavtlar Marsda səsin aşağı yayılma sürəti səbəbilə ünsiyyətdə çətinlik çəkə bilərlər

28.03.2022 / Maraqlı məlumatlar

Alimlər Mars planetinin səthində olan Perseverance aparatı tərəfindən yazılmış səsləri analiz edərək planetdəki səsin yayılma sürətini təyin ediblər. Məlum olub ki, Marsda səsin yayılma sürəti Yer kürəsində səsin yayılma sürəti ilə müqayisədə daha aşağıdır. Bununla belə alimlər maraqlı bir faktı təyin ediblər. Belə ki, müxtəlif səs tezlikləri Marsda fərqli sürətlə hərəkət edirlər. Nəticə etibarilə gələcək astronavtlar Mars səthində ünsiyyət baxımından çətinliklər ilə qarşılaşacaqlar. NASA-nın Perseverance aparatı keçən ilin fevral ayında Marsın Jezero adlı kraterinə eniş etmişdi.

Həmin vaxtdan sözügedən aparat planetin müşahidəsi ilə məşğuldur. Aparatın sahib olduğu alətlər arasında 2 ədəd mikrofon da mövcuddur. Buna görə də istənilən şəxs NASA-nın saytında Marsda yayılan səslərə qulaq asa bilər. Alimlər isə öz növblərində aparat tərəfindən yığılmış audio məlumatları analiz edərək Marsda səs sürətini təyin edə biliblər. Aparatın sahib olduğu xüsusi lazer tərəfindən Mars süxuruna açılmış atəş səslərini analiz edərək alimlər lazerin süxurlara dəyməsi nəticəsində çıxan səsin aparat mikrofonuna kimi çatma sürətini öyrəniblər.

Nəticədə məlum olub ki, Marsda səs saniyədə 240 metr sürətlə yayılır. Yer kürəsində isə səs hava daxilində saniyədə 335 metr sürətlə yayılır. Bundan əlavə olaraq alimlər təyin ediblər ki, Marsda müxtəlif səs tezlikləri fərqli sürətlə hərəkət edirlər. Belə ki, 400 Hz-dən yuxarı göstəricidə sürət təqribi olaraq saniyədə 10 metr daha yüksək olur. Bu isə o deməkdir ki, Marsda danışmaq heç də asan məsələ olmayacaq. Belə ki, ayrı-ayrı nitq səsləri qulaq asan şəxsin qulaqlarına fərqli vaxtlarda gəlib çatacaq.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi