Saytın xəritəsi
AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
    • Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının Elmi seminarının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • KADR HAZIRLIĞI
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Təklif olunan layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
    • Sərgi zalı
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları elmi-texniki konfransda iştirak edib

12.05.2022 / Mühüm xəbərlər

AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Fövqəladə hallarda idarəetmə laboratoriyasının əməkdaşları Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda VII elmi-texniki konfransda iştirak ediblər.

Konfransın plenar iclasında İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üvzü Əminağa Sadıqov “Təhlükə potensialli obyektlərin pasportlaşdırılması üçün verilənlər bazasının yaradılması texnologiyası” mövzusuda geniş məruzə edib. O, qeyd edib ki, son illər baş verən təbiət və texnogen fəlakətlər təhlükəsizliklə bağlı baxışlar sisteminin yenidən qiymətləndirilməsini diqtə edir. Təhlükəsizlik nəzəriyyəsinin inkişafı fövqəladə halların qiymətləndirilməsi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsini tələb edir. Kompüter texnologiyasının və rabitənin  inkişafı olduqca böyük həcmdə məlumatı toplamaq, saxlamaq, emal etmək və operativə ötürmək imkanı yaratmışdır.

Texnogen və təbii təhlükələrin real səviyyəsinin qiymətləndirilməsi təhlükə potensialli obyektlərin (TPO) vəziyyəti üzərində daimi müşahidə və nəzarətin təşkil olunmasını tələb edir. Bunu həyata keçirmək üçün TPO-ların vəziyyətinin monitorinqi və nəzarəti üçün sistemlərin yaradılmasını və daim hazır vəziyyətdə saxlanılmasını tələb edir. Belə işlərin istiqamətlərindən biri də fövqəladə hal riski altında olan TPO pasportlarının məlumat (verilənlər) bazasının yaradılmasıdır. Belə bazanın yaradılması, saxlanması, onların operativ emalı və yenilənməsi TPO-nun bütün komponentlərinin vəziyyətinə nəzarət etməyə, obyektdə FH-ın baş vermə ehtimalını proqnozlaşdırmağa, onun təhlükəlilik dərəcəsini müəyyən etməyə və bu məlumatlar əsasında FH-ın baş verməsinin qarşısını almaq üçün çevik qərarlar qəbul etməyə imkan verir.

Daha sonra “Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellər” mövzusu ətrafında geniş məruzə ilə çıxış edən alim sənayenin intensiv inkişafı, istehsal proseslərinin təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməməsi, qlobal iqlim dəyişiklikləri, dağıdıcı hərbi münaqişələr kimi amillərin qəzalara, təbii fəlakətlərə və epidemiyalara səbəb olduğunu qeyd etmişdir. Bu da öz növbəsində təbii və texnogen fəlakətlərin sayının və miqyasının mütəmadi olaraq artımasına, ətraf-mühitə dağıdıcı təsirinə rəvac verir. Ölkənin demək olar ki, bütün regionlarına xas olan bu qəbil təbii fəlakətlər və kataklizmlər onlarla mübarizə üçün müasir profilaktika və cavab tədbirləri sistemini tələb edir.

Ə.Sadıqov bildirib ki, sözügedən problemlərin həlli fövqəladə halların öncədən proqnozlaşdırılması, qəza və fəlakətlərin mümkün səbəblərinin aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərin təşkili, böhran vəziyyətlərində çevik qərarların qəbul edilməsi ilə əldə edilə bilər. O, FH-ın nəticələrinin aradan qaldırılması zamanı çevik idarəetmənin səmərəliliyini artırmaq üçün müasir hesablama texnikası və informasiya texnologiyalarının imkanlarından istifadə etməyin önəminə toxunub və təklif olunan riyazi modellər və bu istiqamətdə qarşıya qoyulan əsas hədəflərlə bağlı ətraflı məlumat verib.

Alim qeyd edib ki, qəzalara səbəb olan təsadüfi hadisələrin aşkarlanması və risklərin qiymətləndirilməsi baxımından işlənilən riyazi model arzuolunmaz hadisələrlə sonrakı mümkün qəza arasında səbəb-nəticə əlaqələrinin maksimum əyaniliyini təmin edir,  analitik əməliyyatlar üçün əsas yaradır. Ə.Sadıqov bildirb ki, tədqiqatlar zamanı kimyəvi təhlükəli obyektlərdə baş verəbiləcək mümkün qəzalar şəraitində həyat fəaliyyəti risklərinin kompleks qiymətləndirilməsinin alqoritmi də işlənilmişdir.

Ə.Sadıqov tədbir çərçivəsində fövqəladə hallarla bağlı əsas anlayışlar, FH-da idarəetmənin xüsusiyyətləri, sistemli yanaşma və riyazi modelləri qurmaq üçün əsas addımlar barədə iştirakçılara məlumat verib, müzakirələr aparılıb və suallar cavablandırılıb.

Qeyd edək ki, konfransda, həmçinin Fövqəladə hallarda idarəetmə laboratoriyasının əməkdaşlarından böyük elmi işçi dosent Leyla Qədimli,  kiçik elmi işçilər Turan İsazadə və Lamiyə Nəcəfova, İSİ-nin elmlər doktoru pilləsi üzrə doktorantı dosent Leyla Muradxanlı iştirak ediblər və məruzələrlə çıxış ediblər.

Tweet
ELANLAR
  • 08.12.2022
    "İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər" mövzusunda III Beynəlxalq elmi konfrans keçiriləcək
  • 24.08.2022
    Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII Beynəlxalq konfransı keçiriləcək
  • 17.06.2022
    Dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 03.06.2022
    Doktorluq işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
VİDEO
HORIZON 2020
AMEA İdarəetmə Sistemləri İnstitutu Avropa Birliyinin İnformasiya Kommunikasiya Texnologiyaları üzrə HORIZON 2020-nin dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
FOTOQALAREYA
VİDEOQALEREYA
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Təklif olunan layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2017-2022 AMEA İnformasiya Texnologiyaları İnstitutu