AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA İdarəetmə Sistemləri İnstitutu ilə Litvanın “İnta” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb

19.05.2022 / Mühüm xəbərlər

19 may 2022-ci il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutu (İSİ) ilə Litvanın “İnta” Qapalı Səhmdar Cəmiyyəti (QSC)arasında əməkdaşlıq və birgə fəaliyyət haqqında memorandum imzalanıb.

Görüş zamanı İSİ-nin baş direktoru, akademik Əli Abbasov bildirib ki, imzalanan memorandumun məqsədi elektron logistika sistemləri, rəqəmsal nəqliyyat dəhlizləri, koordinasiya və elektron ticarət platformaları yaratmaqla nəqliyyat və logistika proseslərinin idarə edilməsi və rəqəmsallaşdırılması məsələlərində hər iki ölkənin elmi-tədqiqat müəssisələri ilə ayrı-ayrı alimləri arasında birgə qarşılıqlı faydalı elmi fəaliyyətləri təşviq etməkdir. Qeyd edib ki, bu istiqamətdə EU4Digital proqramının layihə fəaliyyətlərinin həyata keçirilməsi üçün səylərin birləşdirilməsi, o cümlədən birgə təkliflərin hazırlanması və çox tərəfdaşlı layihə konsorsiumlarının formalaşdırılması nəzərdə tutulur.

“İnta” QSC-nin baş direktoru Vytautas Vitkauskas Litva və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq və dostluq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində elektron logistika və rəqəmsal nəqliyyat dəhlizləri sahələrində qurulan əlaqələrin konkret elmi məqsədlərə nail olmaq üçün səmərəli olacağını bildirib. O, təmsil etdiyi qurumla İSİ arasında sözügedən sahələrdə qurulan, qarşılıqlı texniki və iqtisadi maraqlara əsaslanan əməkdaşlığın yeni inkişaf perspektivləri yaradacağına əminliyini ifadə edib.

Əməkdaşlıq çərçivəsində tərəflərin birgə tədqiqat layihələri və qısamüddətli təcrübə mübadiləsi üçün qarşılıqlı səfərlər həyata keçirilməsi nəzərdə tutulur.

Tweet
ELANLAR
  • 13.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi