Saytın xəritəsi
AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
    • Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının Elmi seminarının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • KADR HAZIRLIĞI
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Təklif olunan layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
    • Sərgi zalı
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Gənc Müəllimlərin II Forumu keçirilib

13.06.2022 / Mühüm xəbərlər

İyunun 11-də Bakıda Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən Gənc Müəllimlərin II Forumu keçirilib.

Tədris ilinin yekunlarına həsr olunan forum gənc müəllimlərin yumşaq və sərt bacarıqlarının artırılması məqsədilə təşkil edilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərimizin, o cümlədən 20 təhsil işçisinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Forumda çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyası İdarə Heyətinin sədri Rüfət Əsədzadə bildirib ki, rəhbərlik etdiyi assosiasiyanın əsas məqsədi istedadlı gənc müəllimlərin aşkara çıxarılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, bir-birinə dəstək olması, şəbəkələşməsi, həmçinin ölkə səviyyəsində elmi-praktik konfransların keçirilməsidir.

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev müəllim peşəsinin özəlliklərindən, təhsil işçilərinin üzərinə düşən vəzifələrdən, müəllim məsuliyyətindən söz açıb. Pandemiya dövründə müəllimlərimizin, xüsusilə yaşlı nəslin nümayəndələrinin fədakarlıq göstərdiklərini söyləyib, onlara təşəkkürünü bildirib. Son illərdə müəllim peşəsinə marağın artdığını, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işləri qeyd edən nazir ölkəmizdə təhsil sahəsində həyata keçirilən mühüm təşəbbüslərdən söz açıb. O, dövlət tərəfindən müəllimlərə göstərilən diqqət və qayğıdan, onların əməkhaqlarının artırılmasından, eyni zamanda, müəllimlərin sertifikasiyasından danışıb. Emin Əmrullayev cəmiyyətimizdə müəllimlərə yüksək səviyyədə dəstək göstərilməsinin vacibliyini vurğulayıb, forum iştirakçılarına uğurlar arzulayıb.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva təmsil etdikləri qurumların fəaliyyətindən, gənc nəslin yetişməsində müəllimlərin rolundan söz açıb, təhsil işçilərinin bilik və bacarıqlarının artırılmasında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının fəaliyyətini yüksək dəyərləndirib, birgə əməkdaşlığın vacibliyini vurğulayıb, qarşıya qoyulan hədəflərdən danışıblar. Bildirilib ki, yeni nəslin yetişdirilməsində böyük əməyi olan müəllimlər fəaliyyət göstərdikləri mühitin yaxşılaşdırılmasında da səylə çalışırlar. Azərbaycan Gənc Müəllimlər Assosiasiyası müəllimlərin inkişafına dəstək olmaq və onları maarifləndirmək üçün bir sıra ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir, müxtəlif tədbirlər həyata keçirir.

Forumda Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Təhsil sistemində sosial və emosional bacarıqların inkişafı”, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ABŞ-ın Corc Vaşinqton Universitetinin ikili diplom proqramının baş direktoru Tofiq Əhmədov “Təhsildə keyfiyyət mədəniyyəti nədir və ona necə nail olmalı”, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir əvəzi Rövşən Əliyev “Ən yaxşı məktəb yaradıcı şagirdlərlə innovativ və savadlı müəllimlərin vəhdətidir” və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədr müavini, poliqlot Aslan Məmmədzadə “Doqquz dildə danışmağı necə öyrəndim?” mövzularında məruzələrlə çıxış edib, müzakirələr aparıblar.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən “Cadenza” orkestrinin ifasında konsert proqramı təqdim edilib. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının fəaliyyətində yaxından iştirak edən və səmərəli fəaliyyətinə görə fərqlənən müəllimlər mükafatlandırılıb.

Forumda respublikanın müxtəlif bölgələrindən 300-dək müəllim və təhsil ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları iştirak edib.

Qeyd edək ki, tədbirdə, həmçinin AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) elmi işçisi və doktorantı Səyyarə Hidayətzadə də iştirak edib.

azertag.az

Tweet
ELANLAR
  • 07.09.2022
    Dissertasiya işinin müzakirəsi keçiriləcək
  • 20.07.2022
    “Mustafa Mükafatı” 2023-cü il üzrə namizədlərin qəbulunun elan edilib
  • 20.07.2022
    Cənubi Koreyada GIST Beynəlxalq Təqaüdləri elan edilir
  • 20.07.2022
    Azərbaycanlı tələbələr üçün DAAD doktorantura və tədqiqat təqaüdləri elan edilib
Akademik Telman Əliyev
www.telmanaliev.az
VİDEO
HORIZON 2020
AMEA İdarəetmə Sistemləri İnstitutu Avropa Birliyinin İnformasiya Kommunikasiya Texnologiyaları üzrə HORIZON 2020-nin dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
FOTOQALAREYA
VİDEOQALEREYA
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Təklif olunan layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2017-2022 AMEA İnformasiya Texnologiyaları İnstitutu