AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun rəhbərliyi beynəlxalq elmi konfransda iştirak edib

16.06.2022 / Mühüm xəbərlər

12-13 iyun 2022-ci il tarixlərində Türkmənistan Respublikasının Aşqabad şəhərində “Elm, texnika və innovasiya texnologiyaları dövründə qüdrətli bir dövlətin yeni intibah dövrü” adlı Beynəlxalq Elmi Konfrans onlayn formatda keçirilib.

AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov 12 iyun 2022-ci il tarixində konfransın plenar iclasında “Problems and perispectivies of creating computer processing systems for natural languages with low information resources” (“Azrəqəmsal resurslu təbii dillərin kompüter emalında problemlər və perspektivlər”) adlı məruzə ilə onlayn formatda çıxış edib. Akademik rəqəmsal linqvistik resursları məhdud olan dillərin süni intellekt metodlarının tətbiqi ilə Azərbaycan dili üzrə aparılan və əldə olunan nəticələri, tətbiq işlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Ə.Abbasov qeyd edib ki, yaradılmış sistem Azərbaycan dilində nitqin tanınması və başa düşülməsi, avtomatik tərcüməsinin təhlili və digər funksiyaları həyata keçirməyə imkan verir. Bildirib ki, sistemin eyni zamanda  robot-operatorun yaradılması və çağrı mərkəzlərində media monitorinqində, virtual köməkçinin və virtual müəllimin yaradılmasında istifadə olunması əsaslandırılıb.

Akademik çıxışının sonunda sistemin digər türk dilli ölkələr də tətbiq imkanları barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.    

Konfransın növbəti günü İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov “İnformasiya və kommunikasiya sistemləri, kompüter texnologiyaları, dəqiq elmlər” bölməsində “Fövqəladə hallarda insanın hərəkətlərinin və psixofiziki reaksiyalarının modelləşdirilməsi” mövzusunda məruzə edib. Alim qeyd edib ki, FH-da xilasedici komandanın rəhbər heyəti və üzvlərinin yüksək təhlükə şəraitində işləyərkən davranış istiqamətlərini proqnozlaşdırmaq çətinləşir. Bu səbəbdən komanda rəhbərinin baş verə biləcək mümkün situasiyalara öncədən hazır olması insanların həyatını, sağlamlığını və əmlakını daha etibarlı xilas etməyə imkan yarada bilər. Ə.Sadıqov bu istiqamətdə aparılmış tədqiqatlar nəticəsində FH-da insanın hərəkətlərinin və psixofiziki reaksiyalarının modelləşdirilməsi üçün işlənən elmi-metodiki təminat barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi