AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
    • Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • İllik hesabat
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının Elmi seminarının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • KADR HAZIRLIĞI
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda magistrlıq dissertasiyalarının müdafiəsi keçirilmişdir

21.06.2022 / Mühüm xəbərlər

16 iyun 2022-ci il tarixində AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda II kurs magistrantların 060509 – “Kompüter elmləri” və 060628 – “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə Magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış müdafiə şurasının iclası keçirilmişdir. İclasda Şura üzvləri ilə yanaşı, İnstitutun elmi katibi Zəhra Əzizova, magistrantların elmi rəhbərləri, Gənc alim və mütəxəssislər şurasının sədri Lamiyə Nəcəfova, İnstitutun şöbə və laboratoriyalarının əməkdaşları iştirak edirdilər.

 

Şuranın sədri, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov iclası açıq elan edərək, AMEA-da təhsilin magistratura pilləsi üzrə tədrisin yaradılması, magistrantların təhsili və inkişafı üçün yaradılmış elmi-tədris bazasının əhəmiyyəti, AMEA-nın magistraturasında təhsilin üstünlükləri haqqında ümumi məlumat verdikdən sonra, iclas iştirakçılarını İxtisaslaşdırılmış müdafiə şurasının 7 nəfərdən ibarət tərkibi ilə tanış etdi və onların hamısının iclasda iştirak etdiyini bildirdi.

 

Daha sonra şuranın sədri, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov reqlament, müdafiə prosesinin gedişatı və qiymətləndirmə haqqında ətraflı məlumat verdikdən sonra  magistrantlar çıxış etməyə başladılar.

 

“Kompüter elmləri” ixtisası üzrə 2 magistrant – Aysel Zahid qızı Abdullayeva r.ü.f.d., dos. Gülçin Abdullayevanın rəhbərliyi ilə “Qapalı oblastda həndəsi fiqurların tanınmasının alqoritm və proqram təminatının işlənilməsi”, Rüstəm Bakir oğlu Əzimov AMEA-nın müxbir üzvü Kamil Ayda-zadənin rəhbərliyi ilə “Kompüter tanıma sistemində istifadəsi üçün təsvirlərdəki obyektlərin əlamətlərinin hesablama alqoritmlərinin və proqram təminatının işlənilməsi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 1 magistrant – Orxan Tehran oğlu Babayev t.e.d., dos. Asif Rzayevin rəhbərliyi ilə “Ştanqlı dərinlik nasos qurğularının dinamoqram siqnallarının noise analizi alqoritmlərinin və proqram təminatının işlənilməsi” mövzularında yerinə yetirdikləri magistrlik dissertasiya işlərini təqdimatlar vasitəsi ilə iclas iştirakçılarının diqqətinə çatdırdılar.

 

Magistrantların təqdimatlarından sonra iclas iştirakçıları tərəfindən hər bir iş üzrə iddiaçılara suallar verildi. Şuranın elmi katibi r.ü.f.d. Sevinc Quliyeva rəsmi rəyçilərin və iş üzrə elmi rəhbərlərin rəylərini oxudu və geniş müzakirələr aparılaraq iddiaçıların dissertasiya işlərinin aktuallığı, onların təqdimat və tədqiqatçılıq bacarıqları təhlil olundu, tövsiyə və təkliflər səsləndirildi.

 

Daha sonra müdafiə olunan dissertasiya işləri Şura üzvləri tərəfindən  müəyyən olunmuş meyarlara əsasən qiymətləndirildi. Yekunda magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış müdafiə şurası qiymətləndirmənin nəticələri əsasında açıq səsvermə keçirərək magistrantların hər birinə magistr elmi-ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul etdi.

Tweet
ELANLAR
  • 17.03.2023
    Azərbaycan Memarlıq və İnşaat Universitetində “Karyera Sərgisi” keçiriləcək
  • 07.03.2023
    İdarəetmə Sistemləri İnstitutunda 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçiriləcək
  • 03.03.2023
    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş elmi-praktiki sessiya keçiriləcək
  • 24.02.2023
    İdarəetmə Sistemləri İnstitutunda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON 2020
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa Birliyinin İnformasiya Kommunikasiya Texnologiyaları üzrə HORIZON 2020-nin dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
FOTOQALAREYA
VİDEOQALEREYA
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2017-2022 AMEA İnformasiya Texnologiyaları İnstitutu
Saytın xəritəsi