AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İSİ əməkdaşı Almaniyada tərs məsələlər üzrə Beynəlxalq konfranslarda iştirak etmişdir

30.09.2015 / Mühüm xəbərlər

AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəhimov Anar 2015-ci il sentyabr ayının 17-dən 30-na kimi Almaniyada tərs məsələlərə həsr olunmuş iki beynəlxalq konfransda və yay məktəbində  iştirak etmişdir. Belə ki, əvvəlcə o, 17-18 sentyabr tarixlərində Berlin şəhərindəki Veyerştras adına Tətbiqi Analiz və Stoxastika İnstitutunda keçirilən "Tərs məsələlərdə yeni nailiyyətlər” (Recent Developments in Inverse Problems) beynəlxalq konfransında (www.wias-berlin.de/workshops/IPworkshop/) iştirak etmişdir.


Rəhimov A.B. tədbirdə "Hiperbolik tənlik üçün tərs məsələlərin ədədi həlli” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə tədbir iştirakçılarının marağına səbəb olmuş, mövzu ətrafında müxtəlif suallar verilmişdir.

Berlindəki tədbirdən sonra A.B. Rəhimov sentyabr ayının 22-dən 25-nə kimi Almaniyanın Münster şəhərində yerləşən Münster Universitetində təşkil olunmuş "Tərs Məsələlər üzrə Yay Məktəbi”ndə (www.math.uni-muenster.de/ipschool2015/) iştirak etmişdir.

Yay məktəbi tərs məsələlərin analitik və ədədi həll üsullarının öyrənilməsinə həsr olunmuşdur. Əsasən doktorantlar, post-doktorantlar və gənc tədqiqatçılar üçün təşkil olunmuş yay məktəbinə müxtəlif ölkələrdən 65 iştirakçı qatılmışdır. Yay məktəbi müddətində tərs məsələlərə aid 4 mini-kurs və əlavə olaraq ekspertlərlə görüşlər təşkil olunmuşdur. Mini-kurslarda tərs məsələlər sahəsində tanınmış alimlər - prof. Torsten Hohaq (Gettingen Universiteti, Almaniya - University of Göttingen), prof. Quilyam Bal (Kolumbiya Universiteti, ABŞ - Columbia University), prof. Uilyam Rundel (Texas A&M Universiteti, ABŞ - Texas A&M University), dr. Mikel Möllerin (Münhen Texniki Universiteti, Almaniya - Technical University of Munich) silsilə mühazirələri dinlənilmişdir. Mühazirələr statistik tərs məsələlər üçün requlyarlaşdırma və tətbiqləri; obrazların işlənməsində variasiya üsulları; qarışıq tərs məsələlər, onların elastoqrafiya və foto-akustik tomoqrafiyaya tətbiqi; spektral tərs məsələlər; kəsr törəməli tərs məsələlər mövzularını əhatə etmişdir.

Yay məktəbinin ardınca A.B. Rəhimov sentyabr ayının 28-dən 30-na kimi Münster Universitetinin Riyaziyyat və Kompyuter Elmləri bölməsində keçirilmiş "Dinamik tərs məsələlər və obrazların işlənməsində variasiya üsulları” Birinci Münster Tətbiqi Riyaziyyat Beynəlxalq Simpoziumunda (www.math.uni-muenster.de/ipworkshop2015/) iştirak etmişdir. Rəhimov A.B. simpoziumda "Parabolik tənlik üçün tərs məsələlərin ədədi həlli haqqında” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə Almaniya, ABŞ, Avstriya və Yaponiya tədqiqatçıları tərəfindən maraqla qarşılanmış, müxtəlif suallar verilmişdir.

Müsabiqə nəticəsində seçilmiş məhdud sayda iştirakçının, o cümlədən A. Rəhimovun Münsterdəki yay məktəbində və beynəlxalq simpoziumda iştirakı Təşkilat Komitəsinin maliyyə dəstəyi hesabına baş tutmuşdur.
Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi