AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İnstitutunun əməkdaşı Finlandiyada Beynəlxalq konfransda iştirak etmişdir

22.05.2015 / Mühüm xəbərlər

AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı Finlandiyada tərs məsələlərə üzrə Yay məktəbində və Beynəlxalq konfransda iştirak etmişdir.


AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəhimov Anar 2015-ci il may ayının 18-dən 22-nə kimi Finlandiyanın Helsinki şəhərindəki Helsinki Universitetində təşkil olunmuş "Tərs Məsələlər üzrə Yay Məktəbi”ndə (www.aip2015.fips.fi/summer_school.php) iştirak etmişdir.
Əsasən doktorantlar, post-doktorantlar və gənc tədqiqatçılar üçün təşkil olunmuş yay məktəbinə müxtəlif ölkələrdən 64 iştirakçı qatılmışdır. Yay məktəbi müddətində tərs məsələlərə aid 4 mini-kurs və əlavə olaraq 2 icmal mühazirə təşkil olunmuşdur. Mini-kurslarda tərs məsələlər sahəsində tanınmış alimlər - prof. Martin de Hup (Perdu Universiteti, ABŞ - Purdue University), Tanya Tarvanen (Şərqi Finlandiya Universiteti, Finlandiya - University of Eastern Finland), prof. Erik Bonneti (Qrenobl-Alp Universiteti, Fransa - Université de Grenoble-Alpes), prof. Qabriel Paternan (Kembric Universiteti, Böyük Britaniya - University of Cambridge). Bundan əlavə prof. Qunter Uhlman (Vaşinqton Universiteti, ABŞ - University of Washington), prof. Samuli Siltanen (Helsinki Universiteti, Finlandiya - University of Helsinki) icmal mühazirələrində bu sahənin müasir məsələlərindən və gələcək perspektivləri haqqında geniş məlumat vermişlər.

Yay məktəbindən sonra A.B. Rəhimov may ayının 25-dən 29-na kimi Finlandiyanın Helsinki şəhərindəki Helsinki Universitetində keçirilən Tətbiqi Tərs Məsələlər (Applied Inverse Problems Conference - AIP2015) beynəlxalq konfransında (www.aip2015.fips.fi) iştirak etmişdir. Tətbiqi Tərs Məsələlər konfransı bu sahə üzrə Tərs Məsələlər Beynəlxalq Assosiasiyası (Inverse Problems International Association - IPIA) tərəfindən təşkil olunan ilk silsilə elmi konfransdır və hər iki ildən bir keçirilir. Bu konfrans həmin silsilədən səkkizinci konfrans idi.

Konfrans iştirakçı sayına və iştirak edən alimlərin nüfuzuna görə tərs məsələlər sahəsində ən böyük konfrans hesab edilir. Belə ki, konfransa müxtəlif ölkələrdən 430 iştirakçı qatılmışdır. Konfrans müddətində 10 plenar məruzə, 332 mini-simfozium məruzəsi, 40 əlavə məruzə və 30 poster təqdim edilmişdir.

Rəhimov A.B. konfransda "Qeyri-lokal şərtlə verilmiş hiperbolik tənlik üçün bir əmsal-tərs məsələ haqqında” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə konfrans iştirakçılarının marağına səbəb olmuş, mövzu ərafında müxtəlif suallar verilmişdir.

Növbəti doqquzuncu AIP 2017 konfransının Çin Respublikasının Hanco şəhərində keçirilməsi qərara alınmışdır.
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi