AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

07.10.2022 / Tədbirlər

6 oktyabr 2022-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının iclası keçirilib. Tədbirdə institutun rəhbərliyi, şura üzvləri və digər əməkdaşlar iştirak ediblər.

 

İclası İSİ-nin baş direktoru, Elmi şuranın sədri, akademik Əli Abbasov açaraq gündəlikdə yer alan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb, ilk mövzu ilə bağlı məruzə etmək üçün sözü İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqova verib.  

 

Ə.Sadıqov müxtəlif tədqiqatların, layihələrin, təyin olunmuş zaman çərçivəsində sistemli şəkildə həyata keçirilməsi, səmərəli nəticələrin əldə olunması baxımından fəaliyyət planının önəmini vurğulayıb. Alim 2023-cü ildə İdarəetmə Sistemləri İnstitutunda aparılacaq elmi tədqiqat işlərinin planından bəhs edərək mövcud prioritet elmi istiqamətlər və gələcək hədəfləri nəzərə çatdırıb.

 

Sonra Ə.Sadıqov Azərbaycan Milli Elmlər Akademiyasının 30 sentyabr 2022-ci il tarixli “AMEA-nın və Respublikanın digər elmi və ali təhsil müəssisələrində 2022-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında” 18/2 saylı qərarına əsasən, 2022-ci il üzrə laboratoriyaların elmi fəaliyyəti haqqında hesabatların təqdim olunması barədə tədbir iştirakçılarına məlumat verib.

 

Daha sonra İSİ-nin Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyeva 2022-ci il üzrə İdarəetmə Sistemləri İnstitutunun fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturasına qəbulun əyani, qiyabi nəticələrini şura üzvlərinin diqqətinə çatdırıb. Elmi şura üzvləri tərəfindən plan yerləri, dissertasiya mövzuları və digər cari məsələlər müzakirə olunub, səsvermə yolu ilə müvafiq qərarlar qəbul edilib. 

 

Gündəlikdən irəli gələn növbəti mövzu ətrafında çıxış edən institutun elmi katibi Zəhra Əzizova fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantların attestasiyasının nəticələri haqqında məlumat verib, məsələnin icrası istiqamətində təkliflər səsləndirilib.   

 

Sonra akademik Ə.Abbasov çıxış edərək İSİ alimlərinin yubileyləri haqqında növbəti məsələni şura üvzlərinin diqqətinə çatdırıb, görkəmli alimlərin elmi və pedaqoji fəaliyyətləri, Azərbyacan elminə bəxş etdikləri töhfələrdən ətraflı şəkildə söz açıb, onlara zəngin elmi yaradıcılıqlarında yeni müvəffəqiyyətlər arzulayıb. Elmi Şura tərəfindən t.ü.f.d., dosent Rauf Qədimov və i.ü.f.d., dosent Rəhilə İbrahimovanın 80, t.e.d., dosent Fəhrad Paşayevin 70, AMEA-nın müxbir üzvü, t.e.d., professor Əminağa Sadıqov və t.e.d., professor Elçin Əliyevin 60 illik yubileylərinin keçirilməsi haqqında AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.  

 

Daha sonra İntellektual qərar qəbuletmə üsulları və kompüter sistemləri laboratoriyasının müdiri, t.e.d. Elçin Əliyev AR Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Sərəncamından irəli gələn vəzifələri nəzərə çatdırıb. Alim II Qarabağ müharibəsi nəticəsində azad olunan ərazilərdə, o cümlədən Zəngilan Rayonunun Ağalı kəndində həyata keçirilən yenidənqurma işlərindən, regionda yaşayış səviyyəsinin yüksəldilməsinə hədəflənən “Ağıllı kənd” layihəsindən bəhs edib.

 

Müasir dövrdə enerji ehtiyatlarına qənaətin zəruriliyini vurğulayan E.Əliyev qeyd edib ki, sözügedeən konsepsiya nəticəsində Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub, küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, günəş panellərinin quraşdırılması, bioqaz enerjisindən istifadə, yüksək sürətli internet təminatı, “ağıllı idarəetmə” kimi müxtəlif layihələr həyata keçirilib. Alim bu sahədə mövcud perspektivlər və beynəlxalq əməkdaşlıqlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

 

Daha sonra gündəlikdən irəli gələn cari  məsələlərə baxılıb, müzakirələr aparılaraq müvafiq qərarlar qəbul edilib.

 

Sonda İnstitutun baş direktoru, akademik Əli Abbasov iclasa yekun vuraraq qarşıda duran əsas vəzifələrin yerinə yetirilməsi üçün müəyyən tapşırıq və tövsiyələrini səsləndirib.

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 18.12.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi