İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı “Dünyanın ən nüfuzlu elm adamları” siyahısına daxil edilib
21.10.2022 / Mühüm xəbərlərİdarəetmə Sistemləri İnstitutunun əməkdaşı, İstanbul Texniki Universitetinin professoru Elmxan Mahmudovun adı növbəti dəfə ABŞ-ın Stanford Universitetinin tərtib etdiyi və “Elsevier” nəşriyyatı tərəfindən dərc olunan “Dünyanın ən nüfuzlu elm adamları” siyahısına daxil edilib.
Alimin adı “İllik təsir” kateqoriyasında yer alıb. Siyahıların hazırlanmasında ixtisaslı nəşrlərin sayı, nəşrlərin dərc olunduğu jurnalın nüfuzu, patentlərin və istinadların sayı, h-indeksi, hm-indeksi, məqalələrin sayı kimi beynəlxalq meyarlar istifadə edilmişdir.
Qeyd edək ki, E.Mahmudovun adı 2021-ci il ildə də həmin siyahıya daxil edilmişdir.