AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Alimlər sərt səthə sahib ola biləcək neytron ulduz kəşf ediblər

08.11.2022 / Maraqlı məlumatlar

Adətən ulduzlar qazdan və plazmadan təşkil olunsalar da, alimlər qeyri-adi özəlliyi ilə seçilən neytron ulduzu kəşf ediblər. Belə ki, kəşf edilmiş neytron ulduz sərt səthə sahib ola bilər. Məlumdur ki, ulduzun maqnit sahəsi o qədər güclüdür ki, o, ulduzun xarici layını sərt struktura çevirə bilər. Bu kəşf beynəlxalq astronomlar qrupu tərəfindən edilib. Onlara rəhbərlik edən təmsilçilərdən biri isə London Universitet Kolleci olub. Alimlər bu kəşfi etmək üçün X-ray Polarimetry Explorer (IXPE) adlı peykin məlumatlarını analiz ediblər.

Sözügedən peyk kosmik mənbələrin rentgen şüalanmalarının polyarizasiyasını ölçür. Bu məlumatların analizi isə öz növbəsində kosmik obyektlər və onların ətraf mühitləri barəsində ətraflı məlumatları əldə etməkdə yardımçı olur. Kvant nəzəriyyəsinə əsasən güclü maqnit mühitində yayılan işıq iki istiqamətdə polyarlaşır: Maqnit sahəsinə paralel və perpendikulyar. Bu isə öz növbəsində neytron ulduzunun ətrafındakı maqnit sahəsinin strukturu barəsində ətraflı məlumat əldə etməyə imkan verir.

Alimlərin aparmış olduqları analizlər maqnit kondensasiyası adlı hala işarə edirlər. Maqnit kondensasiyası halında kosmik obyektin ətrafındakı maqnit sahəsi o qədər güclü olur ki, o, obyektin ətrafındakı atmosferi maye və ya sərt struktura çevirə bilir. Məlumatda qeyd edilib ki, 4U 0142+61 adı neytron ulduzun sərt səthi ion qəfəslərdən ibarətdir və həmin qəfəslər maqnit sahəsi hesabına olduğu kimi qalırlar. 4U 0142+61 neytron ulduzu Yer kürəsindən təqribi olaraq 13 000 işıq ili uzaqlığında Kassiopeya bürcündə yerləşir. Sözügedən neytron ulduz maqnetardır (çoxlu güclü maqnit sahəsinə sahib neytron ulduzlar).

technote.az

Tweet
ELANLAR
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
  • 03.12.2025
    “Kompüter Elmlərində Yeni Tədqiqat Metodologiyaları və Sənaye-Akademiya Əməkdaşlığının Müasir Modelləri” adlı Beynəlxalq Simpozium keçiriləcək
  • 27.11.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi