AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Qarabağ Azərbaycandır!” qrant müsabiqəsinin qalibi olan iki layihə üzrə müqavilələr imzalanmışdır

24.11.2022 / Mühüm xəbərlər

22 noyabr 2022-ci il tarixində Azərbaycan Elm Fondu ilə 2021-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilmiş “Qarabağ Azərbaycandır!” qrant müsabiqəsinin qalibi olan 2 layihə üzrə müqavilələr imzalanmışdır.

 

Layihə təklifləri İdarəetmə Sistemləri İnstitutu (İSİ) ilə SİNAM MMC-nin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış və Elmin İnkişafı Fonduna təqdim olunmuşdur. Müqavilələrdən biri Elm Fondu ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasovun rəhbəri olduğu “İşğaldan azad edilmiş ərazilərdə davamlı inkişafı və təhlükəsizlik mühitini təmin etmək üçün PUA-ların monitorinqi metodlarının təkmilləşdirilməsi” layihəsi, digəri isə Elm Fondu ilə İSİ-nin “İntellektual qərarqəbuletmə üsulları və kompüter sistemləri” laboratoriyasının müdiri və SİNAM MMC-nin prezidenti, t.e.d., professor  Elçin Əliyevin rəhbəri olduğu “İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün əşyaların interneti (IoT) intellektual sisteminin qurulması və tətbiqi” layihəsi üzrə imzalanmışdır. Sözügedən layihələrin 2 il ərzində icrası nəzərdə tutulur.

 

“İşğaldan azad edilmiş ərazilərdə davamlı inkişafı və təhlükəsizlik mühitini təmin etmək üçün PUA-ların monitorinqi metodlarının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Kiçik Pilotsuz Uçuş Aparatlarının (KPUA) intensiv inkişafı və yerli iqtisadiyyatda səmərəli istifadəsi məqsədilə PUA-ların tənzimlənməsi və monitorinqi üsullarının tədqiq olunması və PUA-lara quraşdırmaq üçün yüksək qənaətcilliyə malik küy əleyhinə elektron modulların və bu modullar üçün proqram təminatlarının hazırlanması planlaşdırılır. İnkişaf etdirilmiş platforma vasitəsilə ərazinin coğrafi xəritəsindən istifadə edərək yeni PUA-ların qeydiyyatının aparılması və sistem interfeysi vasitəsilə artıq qeydiyyatdan keçmiş PUA-ların izlənməsi imkanlarının yaradılması da layihənin məqsədlərinə daxildir.

 

“İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün əşyaların interneti (IoT) intellektual sisteminin qurulması və tətbiqi” layihəsi çərçivəsində insan müdaxiləsi olmadan avtomatlaşdırılmış rejimdə uzaqdan idarəetmə imkanları ilə məlumatların toplanması və emalı üçün yaradılacaq və fiziki obyektlərdə quraşdırılacaq müxtəlif təyinatlı cihazlar (sensorlar) və proqram təminatları vasitəsilə vahid kompüter şəbəkəsi və əlaqəli fiziki obyektlər (əşyalar) sisteminin yaradılması planlaşdırılır. Belə bir sistemin yaradılması mövcud resurslardan əldə olunan məlumatların təhlili əsasında xərclərin azaldılması, yükün paylaşdırılması, istehsalın optimallaşdırılması istiqamətində intellektual qərarqəbuletmə məsələlərinin həllini asanlaşdırmağa və qərarqəbuletmənin operativliyinin təmin olunmasına imkan verəcəkdir.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi