AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycan Respublikasının Elm və Təhsil naziri İdarəetmə Sistemləri İnstitutunda olub

27.11.2022 / Mühüm xəbərlər

25 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev İdarəetmə Sistemləri İnstitutunda (İSİ) olub. Görüşdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova, İSİ-nin baş direktoru akademik Əli Abbasov, icraçı direktor AMEA-nın müxbir üzvü Əminağa Sadıqov iştirak ediblər.

 

Öncə baş direktor Əli Abbasov institutun Azərbaycan elminin inkişafında oynadığı əhəmiyyətli roldan bəhs edərək aparılan tədqiqatlar, bibliometrik göstəricilər, alınan patentlər, kadr potensialı, beynəlxalq əməkdaşlıq əlaqələri və s. barədə ətraflı məlumat verib.

 

Ə.Abbasov institutda aparılan praktiki əhəmiyyətə malik cari tədqiqatlar nəticəsində yerli və beynəlxalq şirkətlərlə qurulan səmərəli əməkdaşlıq əlaqələrindən danışıb. Akademik əldə olunan mühüm elmi nəticələrin kommersiyalaşdırılması istiqamətində görülən işlərdən, o cümlədən “Əşyalar İnterneti” əsasında işləyən, neft sənayesində geniş tətbiq olunan və uğurla həyata keçirilən SCADA (Supervisory Control and Data Acquisition) tipli institut tərəfindən işlənib hazırlanan sistemdən bəhs edib. Ə.Abbasov müasir və avtonom idarəetməsi tələb olunan pilotsuz uçuş aparatlarının idarəetmə sistemlərinin işlənməsi, mürəkkəb və çətin formalizasiya olunan məsələlərin həllində önəmli rol oynayan təbii dillərin emalı və Azərbaycan dili əsasında hazırlanan və bir neçə çağrı mərkəzində təcrübi sınaqdan keçmə mərhələsində olan robot operator kimi tətbiqi əhəmiyyətə malik mühüm tədqiqatlar barədə Elm və Təhsil nazirinə məlumat verib. Nazir institutun nəzdində fəaliyyət göstərən, təcrübi konstruktor prosesinin həyata keçirildiyi Xüsusi Konstruktor Bürosu ilə tanış olub.

 

Sonra nazir institutla özəl sektor, o cümlədən startup, sənaye müəssisələrilə birgə qurulan və tətbiq olunan layihələrin yerinə yetirilməsində onlara yaradılan şəraitlə, bir qrup əməkdaşla, əldə olunan nəticələrlə, rast gəlinən çətinlik və problemlərlə tanış olub.

 

Sonda Elm və Təhsil naziri Emin Əmrullayev institutun elmi və ictimai fəaliyyətini qiymətləndirərək aktual elmi problemlərin həlli istiqamətində aparılacaq tədqiqatlar, səmərəli əməkdaşlıq əlaqələri və elmlə təhsilin inteqrasiyası istiqamətində həyata heçiriləcək əməli tədbirlər barəsində öz tövsiyələrini səsləndirib.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmanı”na əsasən, İdarəetmə Sistemləri İnstitutu Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi