
Kibernetika institutunda birləşmiş seminar keçirilmişdir

13.01.2012-ci ildə Kibernetika İnstitutunda "Teletrafik nəzəriyyəsi”, "Texniki və ekoloji sistemlərin riyazi modelləşdirilməsi və proqnozlaşdırılması”, "İntellektual sistemlər” və "Neft-qaz obyektlərinin informasiya ölçmə sistemləri” laboratoriyalarının birləşmiş seminarı keçirilmişdir . Seminarda, r.e.d. Ə.K.Kərimovun rəhbərliyi ilə Ü.Ş.Rzayevanın 01.01.09-Diskret riaziyyat və riyazi kibernetika ixtisası üzrə yerinə yetirdiyi "FL-münasibətlər əsasında tanınma sistemlərinin qurulması və analizi” mövzusunda və t.e.d., müxbir üzv A.Z.Məlikovun elmi rəhbərliyi ilə S.H.Əliyevanın 05-13.01 – Sistemli analiz, idarəetmə və informasiyanın emalı ixtisası üzrə yerinə yetirdiyi "Naqilsiz və optiki şəbəkə əlaqələrinin inteqrasiyası üsullarının və alqoritmlərinin işlənilməsi” mövzusunda fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işlərinin müzakirəsi keçirilmişdir.