Saytın xəritəsi
AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
    • Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • İllik hesabat
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının Elmi seminarının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • KADR HAZIRLIĞI
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Beynəlxalq Simpoziumda plenar məruzə edib

30.11.2022 / Mühüm xəbərlər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) icraçı direktoru, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov 29 noyabr 2022-ci ildə Ukraynanın Kiyev şəhərində hibrid rejimdə keçirilən “Elm müasir çağırışlar və təhdidlər kontekstində: problemlər və inkişaf prioritetləri” Beynəlxalq Simpoziumun plenar iclasında “Münaqişələrin idarə edilməsi və onların köklü səbəblərinin aradan qaldırılmasında elmin rolu” mövzusunda məruzə edib.

 

Ə.Sadıqov çıxışında münaqişələri nəyin bahasına olursa olsun boğmaq yox, onların həlli üçün münaqişə tərəflərinin müxtəlif ideyalarını və nəzər nöqtələrini bir araya gətirən faydalı idarəetmə mexanizminin tətbiq olunmasını təklif edib. O, qeyd edib ki, elm demokratik dünyanın mühüm xüsusiyyəti olan azad və tənqidi düşüncəyə əsaslanır. Elmi təfəkkürün mahiyyəti yaranan təbii və sosial problemlərə müxtəlif nöqteyi-nəzərdən baxmaq və tənqidi təhlil əsasında izahat tapmaq bacarığındadır.

 

Ə.Sadıqov vurğulayıb ki, hökumətlər və bütövlükdə cəmiyyət fundamental və tətbiqi elmlərin nailiyyətlərindən və müasir texnologiyalardan münaqişələrin köklü səbəb və nəticələrinin aradan qaldırılması üçün istifadə etməlidir. Bu məqsədə xidmət edən elmi tədqiqatlara və texnoloji inkişafa investisiyalar artırılmalıdır. Bildirib ki, elmi fəaliyyətdə başqa sahələrdə olduğundan daha çox insanlar siyasi fikir ayrılıqlarını bir kənara qoyur və öz xaqlarının ən üstün maraqlarını təmin etmək üçün əməkdaşlıq edirlər. Alimlərin beynəlxalq əməkdaşlığı qlobal təhlükəsizliyə, xalqların, cəmiyyətlərin və mədəniyyətlərin arasında dinc münasibətlərin möhkəmlənməsinə dəyərli və konstruktiv töhfədir.

 

Qeyd edək ki, Simpozium Ukrayna MEA-nın prezidenti akademik Anatoliy Zaqarodniyin sədrliyi ilə keçib və AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Simpoziumun proqram komitəsinin üzvü olub.

Tweet
ELANLAR
  • 06.02.2023
    “Horizon Avropa” Proqramı üzrə Məlumat Günü keçiriləcək
  • 06.02.2023
    İdarəetmə Sistemləri İnstitutunun Elmi Şurasının növbəti iclası keçiriləcək
  • 03.02.2023
    “Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında rolu” adlı konfrans keçiriləcək
  • 02.02.2023
    “Hərb sənətinin aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
VİDEO
HORIZON 2020
AMEA İdarəetmə Sistemləri İnstitutu Avropa Birliyinin İnformasiya Kommunikasiya Texnologiyaları üzrə HORIZON 2020-nin dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
FOTOQALAREYA
VİDEOQALEREYA
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2017-2022 AMEA İnformasiya Texnologiyaları İnstitutu