AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA-nın müxbir üzvü, professor Ağası Məlikovun biblioqrafik göstəricisi çap olunub

27.12.2022 / Mühüm xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən AMEA-nın müxbir üzvü, İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika elmləri doktoru, professor Ağası Məlikovun biblioqrafik göstəricisi çap olunub. Göstərici alimin həyatını, elmi-pedaqoji və ictimai fəaliyyətini, 1982-2022-ci illəri əhatə edən elmi əsərlərini və onun haqqında yazılmış mənbələri əks etdirir.

 

Biblioqrafiyaya alimin nəşr etdirdiyi kitabları, elmi məqalələri, respublikada və xarici ölkələrdə keçirilən konfranslardakı məruzələrinin tezisləri, rəhbəri və icraçısı olduğu layihələr, habelə, redaktə etdiyi əsərlər, rəhbərlik və ya opponentlik etdiyi namizədlik və doktorluq dissertasiyaları haqqında olan mənbələr daxil edilib. Həmçinin alimin həyatının əsas tarixləri göstərilib, ictimai və elmi-pedaqoji fəaliyyəti haqqında qısa oçerk, görkəmli elm xadimlərinin alim haqqında yazıları öz əksini tapıb.

 

Göstəriciyə daxil olan materiallar bölmələr üzrə xronoloji ardıcıllıqla, əlifba sırası ilə verilib.

 

Biblioqrafik göstəricidən istifadəni asanlaşdırmaq üçün kitabın sonunda alimin əsərlərinin və müştərək müəlliflərin əlifba göstəricisi verilib.

 

“Elm” nəşriyyatında çap olunan göstəricinin elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev, redaktoru Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçisi Rəna Cavadovadır.

 

Biblioqrafik göstərici kibernetika və tətbiqi riyaziyyat sahələrində çalışan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi