AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Akademik Əli Abbasovun 70 yaşı tamam olur

29.12.2022 / Mühüm xəbərlər

Yanvarın 1-də informasiya texnologiyaları və idarəetmə sahəsində tanınmış alim, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasovun anadan olmasının 70 ili tamam olur. 

 

Əli Məhəmməd oğlu Abbasov 1953-cü il yanvarın 1-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1976-cı ildə Moskva Energetika İnstitutunu “Avtomatika və telemexanika” ixtisası üzrə bitirmişdir. Görkəmli alim 1981-ci ildə texnika elmləri namizədi, 1994-cü ildə texnika elmləri doktoru elmi dərəcəsini, 1996-cı ildə professor elmi adını almışdır. 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 

 

Çoxşaxəli əmək fəaliyyətinə 1976-cı ildə AMEA Kibernetika İnstitutunda başlayan Ə.Abbasov 1982-1988-ci illərdə AMEA AİS şöbəsində laboratoriya müdiri, 1988-1992-ci illərdə baş mühəndis, 1992-1997-ci illərdə direktor vəzifələrində çalışmışdır. Tanınmış alim 1997-2000-ci illərdə AMEA İnformasiya Telekommunikasiya Elmi Mərkəzinin direktoru, 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, 2004-2015-ci illərdə AR Rabitə və Yüksək Texnologiyalar naziri olmuşdur. Ə.Abbasov 2017-ci ildə AMEA-nın müşaviri, 2020-ci ildə AMEA Yüksək Texnologiyalar Parkının direktoru olmuşdur. 2021-ci ildən isə İdarəetmə Sistemləri İnstitutunun baş direktorudur.

 

Zəngin elmi və siyasi fəaliyyəti olan akademik 2000-2004-cü illərdə AR Milli Məclisin deputatı və Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü olmuşdur. O, AŞPA-da “Cənubi Qafqazda mədəni irsin qorunması” mövzusu üzrə geniş hesabatın məruzəçisi, AŞPA-nın “İKT-nin insan hüquqlarında rolu” məruzəçilərindən biri, “Cənubi Qafqazda konfliktlərin regionun istisadi inkişafına təsiri” mövzusunda Harvard (Con Kennedi İnstitutu) Universitetində məruzəçi olmuşdur. 1993-cü il yanvar ayından Yeni Azərbaycan Partiyasının, 2001-2021-ci illərdə isə Partiyanın Siyasi Şurasının üzvü olmuşdur.

 

Azərbaycan elminin inkişafı, beynəlxalq arenada tanınması istiqamətində uzun illər dəyərli töhfələr bəxş etmiş, ölkəmizi dünya miqyasında uğurla təmsil etmiş Ə.Abbasov hazırda Beynəlxalq Elmlər Akademiyasının, Ümumdünya Elmlər Akademiyasının (TWAS), Beynəlxalq İnformatizasiya və Beynəlxalq  Mühəndislik  Akademiyalarının həqiqi üzvü, 5 xarici universititetin fəxri doktoru və Elektronika və Elektrotexnika Mühəndisləri İnstitutunun (İEEE) üzvüdür.

 

Dünyaşöhrətli alimin elmi-tədqiqat işlərinin əsas istiqamətləri informasiya texnologiyaları və idarəetmə məsələlərinin həllinə yönəlib. Sözügedən sahələrə mühüm töhfələr bəxş etmiş akademik böyük və ifrat böyük inteqral sxemlərin sıxlığını artırmaq üçün topoloji metodlar vermiş və elementlərin kristal üzərində optimal yerləşdirilməsi və əlaqələndirilməsi məsələsi həll edilmişdir. Kompüter şəbəkələrində idarə sistemlərinin funksional-topoloji quruluşu ilə tətbiq proseslərini əlaqələndirən məsələləri, paylanmış informasiya sistemləri üçün imitasiya modellərinin yaradılması və paylanmış verilənlər bazalarında bütövlük məsələləri, paylanmış intellektual sistemlərin nəzəri və praktiki əsasları təklif edilmişdir. Həmçinin qeyri-səlis relyasiya strukturlu paylanmış biliklər bazaları, onlar üzərində qərarların qəbulu və ekspert sistemlərinin yaradılması, qeyri-səlis strukturlu biliklər bazalarında adaptasiya metodları və ideal bilik bazasının riyazi modeli təklif edilmişdir. Alimin rəhbərliyi ilə böyük həcmli informasiya şəbəkələrində qeyri-səlis axtarış metodları və alqoritmləri işlənib hazırlanmış, böyük verilənlər və dərin öyrənmənin köməyi ilə az linqvistik rəqəmsal resurslu təbii dilin emalı, o cümlədən maşın tərcüməsi, nitqin analizi və başa düşülməsi metodları işlənmiş və Azərbaycan dili üçün tətbiq edilmişdir.

 

Ə.Abbasov Azərbaycanda internet infrastrukturunun yaradılmasına rəhbərlik etmişdir. Akademik Respublika avtomatlaşdırılmış idarəetmə sistemləri layihəsinin, milli əhəmiyyətli xüsusi təyinatlı kompüter və informasiya sistemlərinin icraçısı və rəhbəri, EARN və İNTERNET şəbəkələrinin respublika üzrə koordinatoru, NATO-nun Elm komitəsində Azərbaycan üzrə əlaqələndirici şəxs olmuş, Azərbaycan Respublikasını Trans-Avropa Elmi-tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyasında (TERENA) təmsil etmişdir. Bu müddət ərzində “Elm və təhsil İNTERNET şəbəkəsinin inkişafı”, “Respublikada məsafədən (distant) təhsil sisteminin yaradılması”, “Virtual İpək Yolu”, “Xüsusi istedadlı qrup” və digər əhəmiyyətli layihələrə rəhbərlik etmişdir.

 

Görkəmli alim Azərbaycanda informasiya cəmiyyətinə keçidin sürətləndirilməsi və rəqəmsal iqtisadiyyatın formalaşdırılmasında, yeni texnologiyaların, e-hökümət həllərinin tətbiqində və genişzolaqlı şəbəkə xidmətlərinin və İKT üzrə insan resurslarının inkişafında BMT müvafiq qurumlarının istinad etdiyi diqqətəlayiq nəticələr əldə etmişdir. O, “Trans-Avrasiya Super İnformasiya Magistralı”, “Regional İnnovasiya Zonası”, “Azərspace-Telekommunikasiya və Müşahidə Peykləri” milli və regional layihələrinə rəhbərlik etmişdir.    

 

Elmi və elmi-təşkilati işlərlə yanaşı, pedaqoji fəaliyyətlə məşğul olan Ə.Abbasov elm və təhsilin inteqrasiyası, gənclərin elmi tədqiqatlara cəlb olunması, yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm töhfələr bəxş edir. Onun rəhbərliyi ilə 25 fəlsəfə doktoru və 14 elmlər doktorluğu üzrə dissertasiyalar uğurla müdafiə edilmişdir. Akademik 280-dən çox elmi əsərin, o cümlədən 16 monoqrafiyanın, 2 lügətin, 7 dərs vəsaitin və 11 patentin müəllifi, ölkəmizdə keçirilən bir sıra beynəlxalq konfransların təşkilatçısı, yüksək İmpakt Faktorlu (İF-7,4) “Applied and Computational Mathematics” elmi jurnalın baş redaktorlarından biridir.

 

Akademik Ə.Abbasov 2012-ci ildə ölkə başçısı cənab İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunmuş, həmçinin Pannonia Universiteti, Moskva Energetika Universiteti, Odessa Milli Rabitə Akademiyası və Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin Fəxri doktoru adına layiq görülmüşdür.

 

Əsas qayəsi Azərbaycan elminin inkişafı olan, dövlətçilik siyasətinə daim sadiq qalan, informasiya texnologiyaları və idarəetmə sahəsinə mühüm töhfələr bəxş edən dünyaşöhrətli alim, akademik Əli Abbasovu yubileyi münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, elmi və elmi-təşkilati fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi