AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

06.02.2023 / Elmi şuranın iclasları

6 fevral 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi Şurasının növbəti iclası keçirilib. Tədbirdə institutun rəhbərliyi, şura üzvləri və dəvət olunmuş qonaqlar iştirak ediblər. 

 

İclası Elmi şuranın sədri, akademik Əli Abbasov açaraq gündəlikdə yer alan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Gündəlikdən irəli gələn ilk məsələ ətrafında məruzə edən Ə.Abbasov AR Elm və təhsil nazirinin 14 dekabr 2022-ci il tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi barədə”  F-109 №-li əmrin icrası istiqamətində cari ildə institutda görüləcək işlər barədə şura üzvlərinə məlumat verib. 2023-cü ildə İSİ-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş müvafiq sahələrdə yerli və beynəlxalq  konfransların keçirilməsi barədə tədbirlər planı şura üzvləri tərəfindən müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. 

 

Sonra İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov institutun elmi-tədqiqat planlarına aid elmi problemlərin müəyyənləşdirilməsi barədə məruzə edib. Alim 2023-cü ildə institutda aparılacaq elmi-tədqiqat işlərinin planından bəhs edib, mövzu ətrafında şura üzvləri tərəfindən müzakirələr aparılaraq məsələnin həlli istiqamətində müvafiq qərarlar qəbul edilib.

 

Daha sonra İSİ-nin Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyeva institutun fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktoranturasına və dissertanturasına   qəbul olunan doktorant və dissertantların fərdi iş planlarının təsdiq olunması ilə bağlı çıxış edib. Məsələ şura üzvləri tərəfindən müzakirə olunub, səsvermə yolu ilə qərarlar qəbul edilib. 

 

Gündəlikdən irəli gələn növbəti məsələ ətrafında çıxış edən institutun Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev 2023-cü ildə Bakıda keçiriləcək “Beynəlxalq Astronavtika Konqresi”, “Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri” üzrə 2-ci beynəlxalq konfrans və Polşanın Sileziya Texnologiya Universitetinin təşkilatçılığı ilə keçiriləcək “Nəqliyyat problemləri” adlı XV beynəlxalq konfrans barədə şura üzvlərinə məlumat verib. Mövzu ətrafında müzakirələr aparılıb, cari ildə institutun beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində təkliflər səsləndirilib.

 

Daha sonra gündəlikdən irəli gələn digər  məsələlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.

 

Sonda akademik Əli Abbasov iclasa yekun vuraraq qarşıda duran əsas vəzifələrin yerinə yetirilməsi istiqamətində müəyyən tapşırıq və tövsiyələrini səsləndirib.

Tweet
ELANLAR
  • 13.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi