AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutu ilə Özbəkistanın İqtisadiyyat və Pedaqogika Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

09.02.2023 / Mühüm xəbərlər

7 fevral 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Özbəkistanın İqtisadiyyat və Pedaqogika Universitetinin idarə heyəti ilə görüş keçirilib. Görüşün əsas məqsədi elm və təhsil sahələrində əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi olub.

 

Görüşdə İSİ-nin baş direktoru, akademik Əli Abbasov, icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev, Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyeva, Bakı Dövlət Universitetinin Hesablama riyaziyyatı kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Vaqif İbrahimov, Özbəkistanın İqtisadiyyat və Pedaqogika Universitetinin rektoru Bozorov Otabek Nashvandovich, Elm və İnnovasiya üzrə prorektor Farmanov Jasur Boykaraevich, Beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Abdurakhimov Shokhjakhon Uktam ugli, Elmi-Tədqiqat İnnovasiya və Təhsil şöbəsinin müdiri Jurayev Davron Aslonkulovich iştirak ediblər.

 

Əvvəlcə akademik Ə.Abbasov qonaqlara instituta göstərilən diqqətə görə təşəkkürünü bildirərək rəhbərlik etdiyi elmi müəssisənin tarixi, əsas fəaliyyət istiqamətləri,  aparılan fundamental elmi tədqiqatlar, əldə olunan mühüm elmi nəticələr, kadr hazırlığı və beynəlxalq əməkdaşlıq əlaqələri barədə məlumat verib.

 

Sonra Özbəkistanın İqtisadiyyat və Pedaqogika Universitetinin rektoru O.Bozorov rəhbərlik etdiyi müəssisənin yaranma tarixi, fəaliyyəti və tədrisin təşkili barədə məlumat verib. O, İdarəetmə Sistemləri İnstitutu kimi böyük tarixə malik, qabaqcıl elmi-tədqiqat müəssisəsi ilə əməkdaşlıq etməkdən məmnun olduğunu bildirərək ikitərəfli əlaqələrin inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

 

Görüş çərçivəsində sözügedən müəssisələr arasında birgə elmi tədqiqatların həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb. Həmçinin Təhsil, Beynəlxalq əlaqələr və innovasiya şöbələri arasında təhsil sahəsində əməkdaşlıq istiqamətində perspektivlər müzakirə olunub.

 

Sonda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi