AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları “Sabahın alimləri” XII respublika müsabiqəsi çərçivəsində keçirilən sərgidə iştirak ediblər

16.02.2023 / Mühüm xəbərlər

14 fevral 2023-cü il tarixində Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyası və BP şirkətinin təşkilatçılığı ilə “Sabahın alimləri” XII respublika müsabiqəsi öz işini sərgi ilə davam etdirib. Hər il keçirilən bu müsabiqədə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlər komandalar şəklində hazırladıqları layihələri təqdim edir, öz yaradıcılıq bacarıqlarını nümayiş etdirirlər.

 

Şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların tədqiqatçı-mütəxəssis kimi formalaşmasına ölkənin bir çox elmi müəssisələri, o cümlədən AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu (İSİ) mütəmadi olaraq dəstək göstərir. İnstitutun tanınmış alimləri sözügedən müsabiqəyə qatılan şagirdlərə elmi məsləhətçilik edərək mövzu seçimi, layihələrin hazırlanması və müsabiqəyə təqdim olunmasına rəhbərlik edir. 189-190 saylı tam orta məktəbin 10-cu sinif şagirdləri Ziya Sadıqzadə və Əziz Əlizadədən ibarət komandasına İSİ-nin laboratoriya müdiri, t.e.d. Fəhrad Paşayev və baş elmi işçi, t.e.d. Elxan Səbziyev elmi dəstək göstəriblər.

 

Z.Sadıqzadə və Ə.Əlizadənin “Kompüter elmləri” nominasiyası üzrə müsabiqəyə təqdim etdikləri “Pilotsuz uçuş aparatının modem vasitəsilə ötürülən GPS məlumatları əsasında onun uçuş trayektoriyasının ekran təsvrinin qurulması” layihəsinin əsas məqsədi GPS-lə təchiz olunmuş obyektlərin, o cümlədən pilotsuz uçuş aparatlarının hərəkət trayektoriyasını tədqiq etmək üçün həmin trayektoriyanın kompüter monitorunda əyaniləşdirilməsidir. Layihənin yerinə yertirilməsi zamanı heksokopter tipli pilotsuz uçuş aparatının bortunda yerləşdirilmiş GPS qurğusundan alınan və modem vasitəsilə kompüterə ötürülən məlumatların emalı həyata keçirilir. Məlumatların emalı və nəticələrin əyaniləşdirilməsi zamanı həll üsulları və qrafik proqramlaşdırma metodları istifadə olunur. Əldə olunan nəticələr GPS-lə təchiz olunan obyektlərin ötürülən məlumatları əsasında onların cari yerini, hərəkət trayektoriyasını müəyyən etməyə, hərəkətin onlara tapşırılmış marşruta uyğunluğunu qiymətləndirməyə imkan verə bilər.

 

Üç gün davam edən müsabiqədə İSİ-nin baş direktoru, akademik Əli Abbasov, icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, t.e.d. Fəhrad Paşayev, t.e.d. Elxan Səbziyev, institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.ü.f.d. Aygün Əliyeva, Təhsil şöbəsinin müdiri, r.ü.f.d Sevinc Quliyeva, Gənc Alim və Mütəxəssislər Şurasının Sədri Lamiyə Nəcəfova, elmi işçilər Nigar Əhmədli, Nərmin Abbaszadə, Pünar Quliyeva, Elmar Mustafayev və sairə əməkdaşlar iştirak ediblər.

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi