AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Avropa Birliyi Şərqi Tərəfdaşlıq Ölkələri ilə Tədqiqat və İnnovasiya əməkdaşlığı” layihəsi çərçivəsində görüş keçirilmişdir

22.02.2023 / Xarici əlaqələr və Əməkdaşlıq

21 fevral 2023-cü ildə AR Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Avropa Komissiyasının “Avropa Birliyi Şərqi Tərəfdaşlıq Ölkələri ilə Tədqiqat və İnnovasiya əməkdaşlığı” layihəsi çərçivəsində layihənin nümayəndələri görüş keçirmişdir. Görüşdə Avstriyanın Sosial İnnovasiya Mərkəzinin layihə meneceri Martin Felix Gajdusek, İspaniya GAC qrup təşkilatının nümayəndəsi İnna Petrenko və İSİ-nin Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev iştirak etmişlər.

 

Görüş çərçivəsində Şərqi Tərəfdaşlıq Ölkələrində milli elmi-tədqiqat proqramlarının reforması, yaşıl və rəqəmsal texnologiyaların transferlərinin dəstəklənməsinə yönəlmiş milli plan və proqramlar, Şərqi Tərəfdaşlıq Ölkələri üçün Avropa Komissiyası və ekspert qruplarının tövsiyələrinin yerinə yetirilməsi və Azərbaycanda rəqəmsal xarici investisiyalar barədə müzakirələr aparılmışdır. T.Babayev Azərbaycanda rəqəmsal iqtisadiyyatın vəziyyəti,  elektron bacarıq sahəsində kadr hazırlığı və digər məsələlərlə bağlı  qonaqlara məlumat vermiş, mövzu ətrafında fikir mübadiləsi aparılmış, suallar cavablandırılmışdır.

 

Qeyd edək ki, GAC qrupunun sözügedən layihəni həyata keçirən konsorsiumun rəhbəri kimi əsas məqsədi Azərbaycanda elmi-tədqiqat və innovasiya sahəsində əldə olunan nəticələrlə tanış olmaqdır.  

 

Görüşdə, həmçinin GAC qrupla gələcək əməkdaşlıq imkanları, İSİ ilə Avropa Komissiyasının layihələrində aktiv iştirak barədə fikir mübadiləsi aparılmışdır.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi