AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Kosmik hava durumu və proqnozu açıqlanıb

23.02.2023 / Maraqlı məlumatlar

Kosmik hava durumu - Günəş fəallığı bir qədər artıb. Hesabat dövrü ərzində maksimum alışma M 5.09 olub. Günəşin səthində 6 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 100-dür. Son 3 sutka ərzində 34 CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeydə alınıb. Onlardan ikisi 172⁰ və 112⁰-lik çox böyük sektoru əhatə edir. Hesabata əsasən alışmaya bağlı CME baş vermiş və II tip radioemissiya müşahidə olunub. Ümumilikdə hesabat dövründə Yerə doğru yönələn Tac Kütlə Atılmaları müşahidə olunmayıb. Günəş tacında 2 böyük tac dəliyi müşahidə olunur.

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli normal və həyəcanlaşmış səviyyədə olub, 10 MeV-dən çox enerjili proton seli isə fon səviyyəsində qalıb.

Günəş küləyi parametrləri son sutka ərzində güclənib. Günəş küləyinə müsbət qütblü CH HSS (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) az da olsa təsiri hiss olunur. Küləyin sürəti Yer orbitində 580.8 km/san olub. Planetlərarası maqnit sahəsinin ümumi intensivliyi Yer orbitində zəif 6.75nT, radial istiqamətdə  isə 4.13 nT olub.

Geomaqnit sahəsi aktivləşərək G1 səviyyəli maqnit qasırğası baş vermişdir. Hal-hazırda Kp indeksi 4-dən çoxdur.

M sinifli alışma səbəbilə radiosiqnalların ötürülməsində R1 səviyyəli kəsilmə olub.

Kosmik hava proqnozu – Proqnoz günlərində (23-25 fevral) M sinif alışmanın baş verməsi ehtimalı 50%, X sinif 10% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə orta və ya aşağı səviyyədə olacağı, 3229 və 3234 oblastlarında baş vermiş alışmalara görə isə enerjisi 10 MeV-dən çox olan proton selinin artacağı (S1-10%)  gözlənilir.

23-24 fevral tarixlərində Günəş küləyinin sabit qalacağı, 25 fevralda isə mənfi qütblü CH HSS (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) səbəbilə Günəş küləyinin sürətinin yenidən artacağı gözlənilir.

Geomaqnit sahədə ümumən sakit şəraitin hökm sürəcəyi proqnozlaşdırılır (Kp=2, 3). G1 və daha yüksək səviyyəli geomaqnit qasırğasının yaranması gözlənilmir.

Radiosiqnalların ötürülməsində R1-R2 səviyyəli kəsilmə ehtimalı 50%, R3 səviyyəli kəsilmə ehtimalı 10% təşkil edir.

science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi