AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları beynəlxalq elmi seminarda iştirak ediblər

03.04.2023 / Mühüm xəbərlər

2022-ci ilin fevral ayında Ukraynada baş verən məlum hadisələr səbəbinən “Modelling and Optimization in Transport and Logistics” V beynəlxalq elmi konfransının təşkilat komitəsi tərəfindən may ayından etibarən hər ay 2 dəfə olmaqla beynəlxalq seminarlar keçirilməsi qərara alınmışdır.

 

28 mart 2023-cü il tarixində onlayn formatda keçirilən növbəti seminarda AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) əməkdaşları professor Kamil Ayda-zadə və r.e.d. Yeganə Əşrəfovanın “Оптимизация мест и мощностей источников системы сетевой структуры” (Şəbəkə strukturlu sistemlərdə mənbələrin yerlərinin və güclərinin optimallaşdırılması) mövzusunda məruzəsi dinlənilmişdir.

 

Məruzədə mürəkkəb obyektin fəaliyyətinə təsir edən toplanmış mənbələrin yer və güclərinin optimallaşdırılması məsələsinin həlli tədqiq olunur. Qeyd edilir ki, obyekt hər birinin vəziyyəti qeyri-lokal sərhəd şərtli adi diferensial tənliklər sistemi ilə təsvir olunan çoxlu sayda birölçülü obyektlərdən ibarətdir. Alt obyektlər bir-biri ilə yalnız başlanğıc və ya son nöqtələrindəki qiymətləri ilə ixtiyari qaydada birləşmişdir. Məqsəd funksionalının optimallaşdırılan mənbələrin təsir gücləri və yerlərinə nəzərən qradienti üçün əldə edilmiş düsturlardan istifadə etməklə birinci tərtib optimallaşdırma metodlarına əsaslanan ədədi həlli sxemi təklif olunur. Məruzədə ədədi eksperimentlərin nəticələri təqdim olunmuşdur.

 

Seminarda mövzu ətrafında müxtəlif suallar cavablandırılmış, məruzə iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

 

Seminar haqqında ətraflı məlumat: https://incyb.kiev.ua/ru/event/seminar-motl7-2023-03-28

 

 

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi