AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib

12.04.2023 / Mühüm xəbərlər

Azərbaycanda ilk riyaziyyatçı qadın elmlər doktoru və ilk professoru, Əməkdar müəllim, ehtimal nəzəriyyəsi sahəsində tanınmış alim Tamilla Hilal qızı Nəsirova 12 aprel 2023-cü il tarixində vəfat edib.

 

Tamilla Nəsirova 20 oktyabr 1936-cı ildə Hacıqabul rayonun Navahi kəndində anadan olub. O, 1953-cü ildə Bakıda 176 saylı məktəbi qızıl medal ilə bitirərək həmin il Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə imtahan vermədən daxil olmuş və 1958-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra təyinatla AMEA-nın Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) elmi fəaliyyətinə başlamış və həmin ildə Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnsitutunun aspiranturasına qəbul olmuşdur. Daha sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Ehtimal nəzəriyyəsi” kafedrasında akademik B.V.Qnedenkonun rəhbərliyi ilə dissertasiya işi üzərində çalışmışdır.

 

T.Nəsirova 1964-cü ildə Daşkənd Universitetində fəlsəfə doktoru, 1994-cü ildə isə Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda “Kütləvi xidmət nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda elmlər doktoru elmi dərəcəsi almaq üçün akademik A.V.Skoroxodun elmi məsləhətçiliyi ilə dissertasiya işini müdafiə etmiş, 1997-ci ildə professor elmi adı almışdır.

 

Çoxşaxəli əmək fəaliyyəti olan görkəmli alim 1958-1980-ci illərdə AMEA Kibernetika İnstitutunda laborant, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. 1980-ci ildən  Bakı Dövlət Universitetində dosent, 1995-ci ildən isə professor vəzifələrində işləmişdir. 1994-cü ildən Kibernetika institutuna qayıdan alim böyük elmi işçi və laboratoriya müdiri vəzifələrində çalışmışdır.

 

T.Nəsirova ehtimal nəzəriyyəsi sahəsində tanınmış alim kimi ilk dəfə Semi-markov prosesləri ücün erqodik teoremi isbat etmiş, semimarkov proseslərinin tədqiqindən prosesin və onun sərhəd funksionallarının paylanmasının tapılması üçün üsul işləmiş, 3 müxtəlif tip semi-markov prosesləri arasında əlaqə yaratmışdır. Onun aldığı nəzəri nəticələr etibarlılıq, ehtiyatların idarə olunması, kütləvi xidmət və sığorta nəzəriyyələrində öz əksini tapmışdır. Dünyaşöhrətli alim Azərbaycanda özünün ehtimal nəzəriyyəsi məktəbini yaratmış və geniş elmi-tədqiqat işləri aparmışdır. Onun 100-dən çox elmi əsəri, o cümlədən 3 monoqrafiya, 2 kitab və 1 metodik vəsaiti nəşr olunmuşdur.

 

1964-cü ildən pedaqoji fəaliyyətlə məşğul olan alim  2007-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. T.Nəsirova, həmçinin 1996-2000-ci illərdə Türkiyənın “Karadeniz Teknik” Universitetində professor vəzifəsində çalışmışdır. Onun rəhbərliyi ilə  2 elmlər doktoru və 10 fəlsəfə doktoru elmi dərəcəsi alınmışdır.

 

T.Nəsirova haqqında “Azərbaycanın görkəmli qadınları” , “Azərbaycanın 100 görkəmli alimi”, Rusiyada çap olunan “Женщины-математики» riyaziyyat-tarixi oçerkində məlumat verilmiş,  2009-cu ildə “Birincilər” verilişinin bir buraxılışı (“İlk riyaziyatçı elmlər doktoru”) Tamilla Nəsirovaya  həsr edilmişdir.  Onun adı “Математики Азербайджана ХХ века” və “Azərbaycanın Tanınmış alimləri” ensiklopediyalarına daxil edilmişdir.

 

Minlərlə gəncin qəlbində taxt qurmuş Azərbaycan xanımına əxlaq örnəyi, ziyalı şərəfinin ən layiqli keşikçisi, Vətənin ilk riyaziyyatçı qadın elmlər doktoru Tamilla xanım Nəsirovanın əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

 

Allah Rəhmət eləsin!

 

 

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 18.12.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi