AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunda Çin Elmlər Akademiyasının Aerokosmik İnformasiya Tədqiqat İnstitutunun idarə heyəti ilə görüş keçirilib

31.05.2023 / Xarici əlaqələr və Əməkdaşlıq

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Çin Elmlər Akademiyasının Aerokosmik İnformasiya Tədqiqat İnstitutunun idarə heyəti ilə görüş keçirilib.

 

Görüşdə İSİ-nin baş direktoru, akademik Əli Abbasov, icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.ü.f.d. Aygün Əliyeva, Çin Elmlər Akademiyasının Aerokosmik İnformasiya Tədqiqat İnstitutunun Uzaqdan Zondlama Komitəsinin direktoru, XingFa Gu, icraçı direktoru, professor Liu Yongxue və əməkdaşları iştirak ediblər.

 

Əvvəlcə akademik Ə.Abbasov qonaqlara instituta göstərilən diqqətə görə təşəkkürünü bildirərək rəhbərlik etdiyi elmi müəssisənin tarixi, İdarəetmənin nəzəri və tətbiqi problemləri, Süni intellekt texnologiyaları və Sosial-iqtisadi sistemlərin tədqiqi kimi əsas fəaliyyət istiqamətləri, aparılan fundamental elmi tədqiqatlar, əldə olunan mühüm elmi nəticələr barədə məlumat verib.

 

“Bir kəmər, bir yol” və “Rəqəmsal İpək Yolu” konsepsiyalarından bəhs edən Ə.Abbasov regionda rəqəmsallaşmanın önəminə toxunub, sözügedən elmi müəssisələr arasında ikitərəfli səmərəli əlaqələrin inkişafı istiqamətində təkliflərini səsləndirib.

 

Sonra Çin Elmlər Akademiyasının Aerokosmik İnformasiya Tədqiqat İnstitutunun Uzaqdan Zondlama Komitəsinin drektoru XingFa Gu çıxış edərək rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri və potensial elmi tədqiqatlar barədə məlumat verib. İSİ ilə qurulacaq səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edən alim uzaqdan zondalama proqramının Azərbaycanda istifadəsi, aerokosmik sahədə informasiyaların əldə olunması, emalı və istifadəsi, bu istiqamətdə birgə elmi tədqiqatların aparılması barədə təkliflərini səsləndirib.

 

Kosmosdan Yer haqqında lazımi informasiyanın alınması ilə bağlı həyata keçirilən aerokosmik tədqiqatlardan bəhs edən XingFa Gu Çin Xalq Respublikası ilə əməkdaşlığın Azərbyacanda da bu sahənin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. O, İdarəetmə Sistemləri İnstitutu kimi qabaqcıl elmi-tədqiqat müəssisəsi ilə əməkdaşlıq etməkdən məmnun olduğunu bildirərək ikitərəfli əlaqələrin inkişafı məqsədilə akademik Əli Abbasovu Çin Xalq Respublikasına dəvət edib.  

 

Sonda sözügedən müəssisələr arasında birgə elmi tədqiqatların həyata keçirilməsi barədə gələcək perspektivlər müzakirə olunub.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi