AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Tədqiqatçı Tələbələrin I Beynəlxalq Elmi Konfransı (ISCORS) keçirilib

01.06.2023 / Mühüm xəbərlər

Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı (UNEC) və Ege Universitetinin dəstəyi ilə “Heydər Əliyev: İqtisadi strategiya modeli” mövzusunda Tədqiqatçı Tələbələrin I Beynəlxalq Elmi Konfransı (ISCORS) keçirilib.  

 

Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin universitetdəki büstünün önünə gül dəstələri düzərək, ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər. 

 

Konfransın moderatoru, UNEC-in EFTİED-nin direktoru professor Zahid Məmmədov tədbirin açılışında çıxış edərək, konfransın proqramı barədə məlumat verib və konfransın işinə uğurlar arzulayıb.

 

Sonra elm üzrə prorektor professor Sakit Yaqubov dünya təcrübəsinə əsaslanan, milli iqtisadiyyatın sabit, dinamik inkişafını, eləcə də təkrar istehsalı təmin edən milli iqtisadi inkişaf modelindən söz açıb. İqtisadçı kadrların hazırlanmasında UNEC-in rolunu vurğulayan prorektor, universitetin İnkişaf Strategiyasının əsasında ulu öndərin tövsiyələrinin dayandığını diqqətə çatdırıb.

 

Ege Universitetinin prorektoru professor  Mehmet Ersan  tələbələrin elmi fəaliyyətə cəlb olunmasının vacibliyindən, eləcə də Ege Univesiteti ilə UNEC tələbələri arasında birgə tədqiqatlar aparılmasının, elmi müzakirələrin və konfransların təşkilinin əhəmiyyətindən danışıb, konfransın işinə uğurlar arzulayıb.

 

Konfransda iştirak edən AMEA-nın müxbir üzvü, Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru Əminağa Sadıqov iqtisad elminin Azərbaycanın inkişaf strategiyasındakı rolu barədə məlumat verib. İqtisadçı kadrların hazırlığında yeni tədris texnologiyalarının vacibliyini vurğulayan Ə.Sadıqov UNEC-də bu istiqamətdə uğurlu nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.

 

Sonra konfrans məruzələrlə davam edib. UNEC-in Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri dosent Emin Qəribli məruzəsində Heydər Əliyevin Azərbaycanın dayanıqlı iqtisadi inkişafındakı rolundan danışaraq, davamlı inkişaf konsepsiyasını, iqtisadi inkişaf modelinin formalaşmasında Heydər Əliyevin rolunun yüksək olduğunu vurğulayıb. İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Günay Musayeva “Heydər Əliyevin məşğulluq və sosial siyasət kursu”, SABAH Mərkəzinin tələbəsi Şahsun İsmayılov “Revolutionizing ecommerce in Azerbaijan: Strategies for growth and development”, Ege Universitetinin tələbəsi Sercan Köksal “Arrow’dan Öğrenilenler: ABD İmalat Sanayi Örneği” mövzularında məruzələrlə çıxış ediblər.

 

Konfrans öz işini bölmə iclasları ilə davam edib.

unec.edu.az

Tweet
ELANLAR
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 25.06.2025
    Dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək
  • 25.06.2025
    Dissertasiya işinin müzakirəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi