AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

22.06.2023 / Mühüm xəbərlər

21 iyun 2023-cü il tarixində Polşanın Katovits şəhərində Sileziya Texnologiya Universitetinin təşkil etdiyi nəqliyyat problemləri mövzusunda “Transport Problems 2023” adlı XV beynəlxalq elmi konfrans öz işinə başlamışdır.

 

Konfransın açılış mərasimində çıxış edən institutun rektoru professor Arkadiusz Mezyk nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması, təchizat zəncirində investisiya məsələləri, elmi-texniki və təşkilatı problemlərin həllinə istiqamətlənən konfransın önəminə toxunub, rəhbərlik etdiyi elmi müəssisədə bu istiqamətdə həyata keçirilən işlərdən bəhs edib.

 

Konfransın plenar iclasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov “Azərbaycan Orta Dəhlizin Rəqəmsal Transformasiyasında” mövzusunda məruzə ilə  çıxış edib.

 

Ə.Abbasov nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması zamanı meydana çıxan elmi-texniki problemlərə müasir dövrün tələblərinə uyğun elmi və texnoloji cəhətdən yanaşaraq həll yolları axtarmağın zəruriliyindən, dəhlizlərə çıxışı olan ölkələr arasındakı siyasi-iqtisadi münasibətlər və qəbul olunmuş standartların tətbiqindən bəhs edib. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta dəhlizinin ölkələr arasında təhlükəsizlik, tənzimləmə və geosiyasi məsələlərin həllində önəmini vurğulayan Ə.Abbasov son illərdə beynəlxalq miqyaslı transmilli layihələrin reallaşmasında Azərbaycanın aktiv rola malik olduğunu bildirib, bu istiqamətdə rəhbərlik etdiyi elmi müəssisədə görülən işlərdən söz açıb.

 

Konfransın plenar iclasında Sileziya Texnologiya Universiteti ilə İdarəetmə Sistemləri İnstitutunu arasında Anlaşma memorandumu imzalanıb. Memorandum çərçivəsində birgə elmi layihələrin, tədqiqatçı və tələbə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.

 

Konfransda, həmçinin AMEA-nın müşaviri, akademik Telman Əliyev “Dəmir yolu relslərinin nasazlıqlarının gizli dövrünə nəzarət üçün hibrid texnologiyaları” mövzusunda video təqdimatla çıxış edib.

 

Qeyd edək ki, 27 ölkədən aparıcı alimlərin iştirak etdiyi beyəlxalq konfrans 22 və 23 iyun tarixlərində öz işini 8 seksiyada davam etdirəcək.

Tweet
ELANLAR
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 25.06.2025
    Dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək
  • 25.06.2025
    Dissertasiya işinin müzakirəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi