AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunda magistrlik dissertasiyalarının müdafiəsi keçirilmişdir

22.06.2023 / Elmi şuranın iclasları

19-20 iyun 2023-cü il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda II kurs magistrantların 060509 – “Kompüter elmləri” və 060628 – “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə Magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış elmi şuranın iclasları keçirilmişdir. İclaslarda Şura üzvləri ilə yanaşı, İnstitutun elmi katibi Zəhra Əzizova, magistrantların elmi rəhbərləri, İnstitutun şöbə və laboratoriyalarının əməkdaşları iştirak edirdilər.

 

Şuranın sədri, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov iclasları açıq elan edərək, iclas iştirakçılarını İxtisaslaşdırılmış müdafiə şurasının 11 nəfərdən ibarət tərkibi ilə tanış etdi və iclasın keçirilməsi üçün yetərsayın təmin olunduğunu bildirdi.

 

Daha sonra şuranın sədri, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov reqlament, müdafiə prosesinin gedişatı və qiymətləndirmə haqqında ətraflı məlumat verdikdən sonra  magistrantlar çıxış etməyə başladılar.

 

İxtisaslaşdırılmış elmi şuranın 19 iyun 2023-cü il tarixində keçirilən iclasında İdarəetmə Sistemləri İnstitutunda “Kompüter elmləri” ixtisası üzrə təhsil alan 5 magistrant – Elmar Məhəmməd oğlu Mustafayev r.ü.f.d., dos. Gülçin Abdullayevanın rəhbərliyi ilə “Mətnlərin müəlliflərinin tanınması üçün müxtəlif üsulların proqram təminatının işlənməsi və onların müqayisəsi”, Nəzifə Şakir qızı Abdullayeva t.e.d., prof. Allahverdi Həsənovun rəhbərliyi ilə “Xarici təsirlər zamanı SMART materialların struktur xarakteristikalarının idarə edilməsi metodikasının işlənilməsi”, Aydan Fətəli qızı Əhmədova r.ü.f.d., dos. Saqif Hüseynovun rəhbərliyi ilə “Bul proqramlaşdırması məsələsinin təqribi həlli üçün daxili və xarici nöqtələr üsulları və xətaların hesablanması”, Fatimə Mətləb qızı Əsədova r.e.d., prof. Knyaz Məmmədovun rəhbərliyi ilə “Çanta və tamədədli çanta məsələlərinin az sayda məchulu olan məsələyə gətirilməsi və həlli” və Əli Fuad oğlu Qurbanov t.ü.f.d., dos. Tahir Əlizadənin rəhbərliyi ilə “Kvadrokopterin hərəkətinin riyazi modellərinin təhlili və yeni modelin işlənilməsi” mövzularında; Şuranın 20 iyun 2023-cü il tarixində keçirilən iclasında İdarəetmə Sistemləri İnstitutunda “Kompüter elmləri” ixtisası üzrə təhsil alan 1 magistrant – Taciman Arzu qızı Hüseynova t.e.d., dos. Fəhrad Paşayevin rəhbərliyi ilə “Həndəsi metodlardan istifadə etməklə neft quyularının məhsuldarlığının operativ təyin edilməsi metodlarının və alqoritmlərinin yaradılması”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 1 magistrant – Atakişi İbrahim oğlu Göyüşov r.ü.f.d., dos. Ədalət Paşayevin rəhbərliyi ilə “Android sistemli smartfonlarda inersial naviqasiya sisteminin işlənilməsi”, İnformasiya Texnologiyaları İnstitutunda “Kompüter elmləri” ixtisası üzrə təhsil alan 3 magistrant – Zaur Fərid oğlu Alışanov t.ü.f.d., dos. Fərhad Yusifovun rəhbərliyi ilə “E-dövlətin idarə olunmasının qabaqcıl modellərinin tədqiqi”, Nuranə İsmayıl qızı Bahadurzadə t.ü.f.d., dos. Firudin Ağayevin rəhbərliyi ilə “İntelektual analiz metodlarının tətbiqi ilə təhsildə adaptiv elektron dərsliklərin seçilməsi” və Elmurad Əmrah oğlu Həsənov t.ü.f.d., dos. Məkrufə Hacırəhimovanın rəhbərliyi ilə “Sosial şəbəkə məlumatlarının sentiment analizi üçün maşın təlimi metodlarının tətbiqi” mövzularında yerinə yetirdikləri magistrlik dissertasiya işlərini təqdimatlar vasitəsi ilə iclas iştirakçılarının diqqətinə çatdırdılar.

 

Magistrantların təqdimatlarından sonra iclas iştirakçıları tərəfindən hər bir iş üzrə iddiaçılara suallar verildi. Şuranın elmi katibi, r.ü.f.d. Sevinc Quliyeva dissertasiya işləri üzrə təyin edilmiş rəsmi rəyçilərin və magistrantların elmi rəhbərlərinin rəylərini oxudu. Daha sonra geniş müzakirələr aparılaraq iddiaçıların dissertasiya işlərinin aktuallığı, onların təqdimat və tədqiqatçılıq bacarıqları təhlil olundu, tövsiyə və təkliflər səsləndirildi, müdafiə olunan dissertasiya işləri Şura üzvləri tərəfindən müəyyən olunmuş meyarlara əsasən qiymətləndirildi.

 

Yekunda magistrlik dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış elmi şura qiymətləndirmənin nəticələri əsasında açıq səsvermə keçirərək magistrantların hər birinə magistr elmi-ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul etdi.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi