İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər
23.06.2023 / Xarici əlaqələr və Əməkdaşlıq22 iyun 2023-cü il tarixində Polşanın Katovits şəhərində Sileziya Texnologiya Universitetinin təşkil etdiyi nəqliyyat problemləri mövzusunda “Transport Problems 2023” adlı XV beynəlxalq elmi konfransın öz işinə seksiyalarla davam edib. Konfransda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev “Orta dəhlizin rəqəmsallaşdırılmasına müasir yanaşmalar” mövzusunda, şöbənin əməkdaşı Xalidə Məlikova isə “Horizon Europe proqramında nəqliyyat layihələri” mövzusunda məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, İSİ Aİ komissiyasının Horizon Europe proqramının “Rəqəmsal, Sənaye və Kosmos” üzrə milli dayaq nöqtəsi olaraq digər Avropa ölkələri ilə daim əməkdaşlıq edir. 20 iyun 2023-cü il tarixində Horizon Europe proqramının Azərbaycanda milli dayaq nöqtəsinin təmsilçisi Tofiq Babayev Varşava şəhərində Polşanın Milli Tədqiqat və İnkişaf Mərkəzində Milli dayaq nöqtəsinin nümayəndələrilə görüşüb, ikitərəfli əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.