AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun icraçı direktorunun elmi monoqrafiyası LAMBERT Akademik Nəşriyyatı tərəfindən çap olunub

29.07.2023 / Mühüm xəbərlər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqovun “Çevik və təşkilati idarəetmənin riyazi məsələləri” elmi monoqrafiyası Almaniyanın tanınmış LAMBERT Akademik Nəşriyyatı tərəfindən nəşr olunmuşdur.

 

300 səhifədən ibarət olan monoqrafiyada çevik və təşkilati idarəetmənin təkmilləşdirilməsinə yönəlmiş yeni riyazi modellər, metodlar və vasitələr tədqiq edilmiş və onların tətbiqi imkanları araşdırılmışdır.

 

Monoqrafiyada çevik və təşkilati idarəetmə sistemlərində istifadə olunan optimallaşdırma metodları sistemli təqdim olunur. Bu metodlar dəyişən plan prinsipi, yəni cari informsaiyanın dövri olaraq dəqiqləşdirilməsi ilə optimal idarəetmənin proqnozlaşdırılmasına əsaslanır.

 

Əsas diqqət dinamik proqramlaşdırma metoduna, onun modifikasiyasına, ölçülərin kiçilməsinin metod və üsullarına yetirilmişdir. Hesablama çətinliklərini azaltmaq, metodları bir-biri ilə müqayisə etmək və bütün hesablama resurslarından maksimum istifadə etmək üçün mürəkkəblik prinsipindən istifadə olunur.

 

Monoqrafiya əsasən müvafiq profilli alim və mütəxəssislər, həmçinin idarəetmənin təşkili və operativ həll tələb edən vəzifələrin yerinə yetirilməsi, o cümlədən fövqəladə hallarda obyektlərin və əhalinin mühafizəsi sahəsində çalışan dövlət orqanlarının əməkdaşları üçün nəzərdə tutulmuşdur.

 

Monoqrafiyada yer alan nəticələr müvafiq profilli ali təhsil müəssisələrinin elmi tədqiqatlarında və tədris proqramlarında istifadə oluna bilər.

 

Monoqrafiyanı aşağıdakı keçiddən almaq olar:

https://www.morebooks.shop/sho.../shop/product/9786206752813

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi