AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun alimlərinin ixtirası Avrasiya Patent Agentliyi tərəfindən ayın patenti seçilərək birinci yerə layiq görülüb

04.09.2023 / Mühüm xəbərlər

19 iyul 2023-cü il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) alimlərinin “Ştanqlı dərinlik nasosunun işləməsi zamanı lay mayesinin sızmasının diaqnostikası üsulu” adlı ixtirası Avrasiya Patent Təşkilatının Avrasiya Patent Agentliyi tərəfindən ayın patenti seçilərək birinci yerə layiq görülüb.

 

Məlumdur ki, neft quyularında dərinlik nasoslarının vəziyyətinin operativ monitorinqi sabit neft hasilatı üçün zəruri şərt olduğundan avadanlığa nəzarət üsullarının təkmilləşdirilməsi sahəsində əsl texnoloji yarış gedir. Avadanlıqların mövcud olan monitorinqi üsullarının əksəriyyəti böyük məsrəf tələb edən həcmli və mürəkkəb hesablamalar əsasında qurulmuş və nəticədə onlar vasitəsilə diaqnostik parametrlərin yalnız təxmini dəyərlərini əldə etmək mümkün olur. Məhz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun alimlərinin Avrasiya patenti ilə qorunan yeni “Ştanqlı dərinlik nasosunun işləməsi zamanı lay mayesinin sızmasının diaqnostikası üsulu” adlı ixtirası neft hasilatı avadanlıqlarının vəziyyətinə nəzarət prosesini maksimal dərəcədə sadələşdirməyə imkan verir.

 

Təklif edilən və patentləşdirilən üsul boruların ağzında temperaturun ölçülməsi, quyunun axın xəttində təzyiq və lay təzyiqi əsasında lay mayesinin sızmasını hesablamağa imkan verən daimi alqoritmə əsaslanır. İşlənmiş üsul öz sadəliyi ilə diaqnostik parametrlərin ölçülməsinin dəqiqliyini artırmağa imkan verir və nasos aqreqatlarında əlavə mürəkkəb avadanlıqların quraşdırılmasını tələb etmir. Neft quyularının lay təzyiqini saxlayan nasos qurğusunda sızmalar bu üsuldan istifadə etməklə avtomatik olaraq aşkarlana bilər.

 

Qeyd edək ki, patentin müəllifləri İSİ-nin baş direktoru, akademik Əli Abbasov, professor Abbas Rzayev, dosent Rəna Əsədova və t.ü.f.d. Zəfər Qurbanovdur.

 

Ətraflı məlumat üçün  linkə keçid edə bilərsiniz: https://www.eapo.org/ru/index.php?newspress=view&d=1726

 

 

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi