AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

11.09.2023 / Mühüm xəbərlər

4-8 sentyabr 2023-cü il tarixlərində Almaniyanın Göttinqen Universitetində Tərs məsələlər üzrə ənənəvi 11-ci Tətbiqi Tərs Məsələlər (11th Applied Inverse Problems Conference - AIP2023) Beynəlxalq Konfransı keçirilib. Konfransda AR Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, r.e.d. Anar Rəhimov və aparıcı elmi işçi, r.ü.f.d. Elşən İbayev iştirak ediblər.

 

A.Rəhimov Böyük Britaniyanın Lids Universitetinin professoru Daniel Lesnikin dəvətilə onun və Belçikanın Gent Universitetinin elmlər doktoru Karel Van Bokstal tərəfindən təşkil olunan “Tərs modelləşdirmə və tətbiqləri” (Inverse Modelling with Applications) minisimpoziumunda “Parabolik tənlik üçün qeyri-lokal şərtli tərs mənbə məsələlərinin ədədi həlli” (Numerical solution to inverse source problems for a parabolic equation with nonlocal conditions) mövzusunda məruzə ilə çıxış edib. E.İbayev isə təqdim edilmiş məruzələr seksiyasında “Tərs Laplas çevirməsindən istifadə edərək bir semi-Markov prosesinin sərhəd funksionlaının Laplas çevirməsi üçün kəsr tərtib diferensial tənliyin həlli” (Solution of the fractional order differential equation for Laplace transform of a boundary functional of a semi-Markov process using inverse Laplace transform) mövzusunda məruzə ilə çıxış edib. Hər  iki məruzə konfrans iştirakçılarının marağına səbəb olub, mövzu ərafında müxtəlif suallar cavablandırılıb.

 

Qeyd edək ki, Tətbiqi Tərs Məsələlər Konfransı bu sahə üzrə Tərs Məsələlər Beynəlxalq Assosiasiyası (Inverse Problems International Association - IPIA) tərəfindən təşkil olunan ilk silsilə elmi konfrans kimi hər iki ildən bir keçirilir. İştirak edən alimlərin nüfuzuna görə tərs məsələlər sahəsində mühüm rola malik konfransa müxtəlif ölkələrdən 560 iştirakçı qatılıb, məruzələr 16 paralel seksiya iclaslarında təqdim edilib. Konfransın proqramına 12 plenar məruzə, 59 minisimpozium çərçivəsində dəvətli məruzələr, əlavə olaraq təqdim edilən məruzələr və 24 poster daxil edilib.

 

Konfransla bağlı ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz: http://aip2023.de/ 

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi