AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər

26.09.2023 / Mühüm xəbərlər

19-21 sentyabr 2023-cü il tarixlərində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev və şöbənin əməkdaşı Xalidə Məlikova Gürcüstanın Kutaisi şəhərində keçirilən “Transport Bridge Europe-Asia” adlı 7-ci Polşa-Gürcüstan Beynəlxalq Elmi-texniki Konfransında iştirak ediblər.

 

T.Babayev açılış mərasimində çıxış edərək konfransın təşkilatçısı olan  Akaki Tsereteli Universitetinin rəhbərliyinə və təşkilat komitəsinə minnətdarlığını bildirib, universitetin 90 illik yubileyi ilə əlaqədar iştirakçıları təbrik edib. Alim bu ilin may ayında Azərbaycanda oxşar mövzuda keçirilən “Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 2-ci beynəlxalq konfrans (PLMO 2023) barədə tədbir iştirakçılarına məlumat verib. Çıxışının sonunda T.Babayev təmsil etdiyi qurum adından Kutaisi Universitetinin rektoruna hədiyyə olaraq Azərbaycan xalçası təqdim edib.

 

Konfransda T.Babayev “Avrasiya ölkələrində rəqəmsal nəqliyyat dəhlizlərinin yaradılmasının əsas prinsipləri və layihənin təhlili” mövzusunda, X.Məlikova isə “Aİ tərəfindən maliyyələşdirilən tədqiqat proqramlarına ön portal olan COST proqramı” adlı təqdimatlarla çıxış ediblər. Səfər çərçivəsində İSİ əməkdaşları müxtəlif ölkələrin, o cümlədən Polşa, Litva, Macarıstan, Özbəkistan və Gürcüstan alimlərilə görüşlər keçirmiş və gələcək əməkdaşlıq əlaqələri barədə danışıqlar aparılmışdır. Görüşlərdə Özbəkistanın Dövlət Nəqliyyat Universitetinin professorları Rüstam Rəhimov və Yadqor Ruzmetov ilə dəmir yolunda qatarların hərəkəti zamanı yatağın texniki vəziyyətinin monitorinqi mövzusunda birgə elmi tədqiqat işləri aparmaq üçun ilkin razılıq əldə edilmişdir.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi