AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA-nın müxbir üzvü Ağası Məlikov beynəlxalq konfransda plenar məruzə ilə çıxış edib

29.09.2023 / Mühüm xəbərlər

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Kütləvi xidmət və ehtiyatların idarə edilməsi sistemlərinin modelləşdirilməsi laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Ağası Məlikov 25-29 sentyabr 2023-cü il tarixlərində Moskva şəhərində keçirilən “Paylanmış Kompüter və Rabitə Şəbəkələri: İdarəetmə, Hesablama, Rabitə” (The 26th International Conference on Distributed Computer and Communication Networks: Control, Computation, Communications (DCCN’2023) adlı 26-cı beynəlxalq elmi konfransda iştirak edib.

 

Hibrid formatda keçirilən konfransda A.Məlikov “Əsas ehtiyatlanma qaydasından istifadə edildikdə fəlakətləri nəzərə almaqla xidmət-ehtiyatlanma sistemlərinin ədədi tədqiqi” (Numerical Study of Queuing-Inventory Systems with Catastrophes under Base Stock Policy) adlı plenar məruzə ilə çıxış edib. Məruzədə sonsuz növbəli və tək serverli Markov tipli xidmət-ehtiyatlanma sistemləri öyrənilmişdir. Ehtiyatların artırılması zamanı təsadüfi kəmiyyətdir və sistemdə müsbət sorğulardan başqa neqativ sorğular da vardır. Belə sistemlərin erqodiklik şərti müəyyən edilmiş və onların əsas xarakteristikalarını hesablamaq üçün dəqiq düsturlar tapılmışdır. İşdə yaradılmış alqoritmlər əsasında aparılmış ədədi eksperimentlərin nəticələri verilmiş və analiz edilmişdir. Məruzə konfrans iştirakçılarının marağına səbəb olmuş, mövzu ətrafında müxtəlif suallar cavablandırılmışdır.

 

Qeyd edək ki, sözügedən məruzə Springer Nəşriyyatının Computer and Communications in Information Sciences toplusunda çap ediləcikdir. Məqalənin həmmüəllifləri İSİ-nin kiçik elmi işçisi Ləman Poladova və APJ Abdul Kalam Texnoloji Universiteti Jyothi Mühəndislik Kollecinin əməkdaşı Edayapurath Sandhyadır.  

 

Beynəlxalq konfransın əsas məqsədi elmi tədqiqat müəssisələri, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirərək paylanmış kompüter və kommunikasiya şəbəkələrinin nəzəriyyəsi və tətbiqləri, riyazi modelləşdirmə, paylanmış sistemlərin idarə edilməsi və optimallaşdırılması üsulları sahələrində mövcud elmi və praktiki problemlərin müzakirə edilməsi olmuşdur.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

https://dccn.ru

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi