AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Gənc alim və mütəxəssislərin dördüncü futbol çempionatının qalibləri mükafatlandırılıblar

17.05.2017 / Xəbərlər

Mayın 17-də AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, bu qurumun İşlər idarəsi və Azad Həmkarlar İttifaqının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan "AMEA-nın gənc alim və mütəxəssislərinin dördüncü futbol çempionatı”nın final oyunu və mükafatlandırma mərasimi keçirilib.

Çempionatın final oyununda İdarəetmə Sistemləri və İqtisadiyyat institutlarının komandaları III yer uğrunda mübarizə aparıblar. Bu yarışmada 6:4 hesabı ilə İdarəetmə Sistemləri İnstitutunun komandası qələbə qazanıb. Birinci yer uğrunda isə AMEA-nın Geologiya və Geofizika İnstitutu ilə Fizika İnstitutunun komandaları mübarizə aparıblar. 2:1 hesabla Fizika İnstitutunun komandası çempionatın qalibi olub.

Yarışdan sonra keçirilən mükafatlandırma mərasimində AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev komandaların üzvlərini təbrik edib, ənənəvi çempionatın ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmasını əlamətdar hadisə kimi qiymətləndirib. D.Tağıyev dördüncü dəfədir keçirilən çempionatın əhəmiyyətindən və Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. O, hazırda Bakının "İslam Həmrəyliyi Oyunları” kimi möhtəşəm beynəlxalq idman yarışına ev sahibliyi etdiyini, dünyanın 4 qitəsindən ölkəmizə minlərlə idmançının gəldiyini və bunun Azərbaycanın təbliğində önəmli addım olduğunu vurğulayıb.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov budəfəki çempionatda akademiyanın müxtəlif institut və təşkilatlarından 16 komandanın iştirak etdiyini və hər bir mərhələ üzrə oyunların maraqlı keçdiyini söyləyib, göstərilən dəstəyə görə AMEA-nın rəhbərliyinə minnətdarlığını bildirib.

Sonra komandalar mükafatlandırılıb. AMEA-nın Fizika İnstitutunun komandası birinci, Geologiya və Geofizika İnstitutunun komandası ikinci, İdarəetmə Sistemləri İnstitutunun komandası isə üçüncü yeri tutub. Qalib komandaların üzvlərinə medal, diplom və pul mükafatları təqdim olunub.

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi