AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

11.10.2023 / Mühüm xəbərlər

11 oktyabr 2023-cü il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Elmi Şuranın növbəti iclası keçirilib. Tədbirdə institutun rəhbərliyi, şura üzvləri, şöbə və laboratoriya müdirləri tam heyətdə iştirak ediblər.

 

İclası Elmi şuranın sədri, akademik Əli Abbasov açaraq gündəlikdə yer alan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Akademik AR Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin İdarə Heyətinə yeni təyinat barədə tədbir iştirakçılarına məlumat verib. Ə.Abbasov t.e.d. Ülkər Səttarovanın Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmasının ölkədə elm və təhsil sahələrinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

 

Ə.Abbasov, həmçinin gənclər üçün Prezident Mükafatına namizədlərin təqdim edilməsi haqqında məsələni tədbir iştirakçılarının diqqətinə çatdırıb, mövzu ətrafında müzakirələr aparılıb.

 

Sonra İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov 2023-cü ildə İdarəetmə Sistemləri İnstitutunda aparılmış elmi tədqiqat işlərinin əsas nəticələri haqqında məsələ ətrafında məruzə edib. Alim cari ildə institutda aparılmış 6 elmi tədqiqat işi əsasında əldə edilmiş 7 mühüm elmi nəticəni ətraflı şəkildə şura iştirakçılarının diqqətinə çatdırıb. Mövzu ətrafında şura üzvləri tərəfindən geniş müzakirə aparılıb, müxtəlif suallar cavablandırılıb. Müzakirələr əsasında şura üzvləri tərəfindən məsələyə yenidən baxılması qərara alınıb.

 

Ə.Sadıqov, həmçinin 2023-cü ildə laboratoriyalarda aparılan elmi-tədqiqat işlərinin tələb olunan forma üzrə hesabatlarının təqdim edilməsi məsələsi haqqında məruzə edib. Məsələ ətrafında fikir mübadiləsi aparılıb, açıq səsvermə yolu ilə hesabatların cari ayın sonunadək təqdim olunması qərara alınıb.

 

Sonra 2024-cü il üzrə laboratoriyalarda aparılacaq elmi-tədqiqat işinin mərhələlərinin təqdim edilməsi haqqında məsələyə baxılıb, institut rəhbərliyi tərəfindən müvafiq tapşırıqlar səsləndirilib.

 

Gündəlikdən irəli gələn digər məsələ ətrafında məruzə edən İSİ-nin Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyeva 2023-cü ildə institutun fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbulun nəticələrini şura üzvlərinə təqdim edib. Şura üzvləri tərəfindən dissertasiya mövzuları müzakirə olunub, səsvermə yolu ilə müvafiq qərarlar qəbul edilib.

 

Daha sonra bir sıra cari məsələlərə baxılıb.

Tweet
ELANLAR
  • 13.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi