AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Süni intellekt sahəsində elmi nailiyyətlərinə görə İnformasiya Texnologiyaları İnstitutunun alimləri Stenford Universitetinin 2023-cü il reytinq siyahısına daxil ediliblər

25.10.2023 / Mühüm xəbərlər

İdarəetmə Sistemləri İnstitutunun kollektivi AR Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev və şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevi əldə etdikləri elmi nailiyyət münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində yeni müvəffəqiyyətlər arzu edirlər.

 

İnformasiya Texnologiyaları İnstitutunda son 20 il ərzində süni intellekt, təbii dilin emalı, kiber-fiziki sistemlər, kibertəhlükəsizlik, dərin təlim, böyük verilənlərin analitikası, intellektual e-dövlətin formalaşdırılması, əşyaların interneti, bulud texnologiyaları və s. istiqamətlər üzrə aparılan tədqiqatlar dünyanın aparıcı elm mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. Belə ki, 2020-ci ildən başlayaraq artıq dördüncü ildir İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev və şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev ABŞ-ın Stenford Universitetinin hazırladığı dünyanın süni intellekt üzrə ən nüfuzlu alimlərinin reytinq siyahısına seçilirlər.

 

Məlumat üçün bildirək ki, elmin müxtəli istiqamətləri üzrə dünyanın ən nüfuzlu alimlərinin reytinq siyahısı 2019-cu ildən başlayaraq hər il “Scopus” bazasının məlumatları əsasında Stenford Universiteti tərəfindən hazırlanır. Bu reytinq siyahısı məqalələrin və istinadların sayı, alimlərin Hirş indeksi və s. kimi bir çox elmmetrik meyarları özündə birləşdirən kompozit göstərici əsasında hazırlanır. Bu kompozit göstəriciyə görə hər bir elm sahəsi üzrə alimlərin reytinq siyahısı hazırlanır, sonra bu siyahının ilk 2%-nə daxil olan alimlər seçilirlər.

 

2020-2022-ci illərdə süni intellekt elm sahəsi üzrə Azərbaycanı bu reytinq siyahısında akademik Rasim Əliquliyev və AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev təmsil etmişdir. Sevindirici haldır ki, bu alimlər 2023-cü ildə də süni intellekt sahəsi üzrə dünyanın ən nüfuzlu alimlərinin reytinq siyahısına seçiliblər. Xüsusilə vurğulamaq lazımdır ki, cari ildə akademik Rasim Əliquliyev və AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev dünyada süni intellekt üzrə tədqiqatlar aparan və məqalələri “Scopus” bazasında indeksləşən 356955 alimin sırasından seçiliblər. Digər maraqlı fakt ondan ibarətdir ki, bu illər ərzində Stenford Universitetinin reytinq siyahısına süni intellekt üzrə Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycan alimlərinin adları daxil edilmişdir.


Qeyd etmək lazımdır ki, ölkəmizdən müxtəlif elm sahələri üzrə bu reytinq siyahısına 2020-ci ildə – 2, 2021-ci ildə – 8, 2022-ci ildə – 14, 2023-cü ildə – 13 alimin adı daxil edilmişdir.

ict.az

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi