AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutu ilə universitetlərin SABAH mərkəzləri arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

07.11.2023 / Mühüm xəbərlər

3 noyabr 2023-cü il tarixində AR Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu (İSİ) ilə universitetlərin SABAH mərkəzləri arasında əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədilə görüş keçirilmişdir. Görüşdə İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, elmi katib Zəhra Əzizova, laboratoriya müdirləri r.ü.f.d., dos. Gülçin Abdullayeva və r.ü.f.d., dos. Ədalət Paşayev, Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyeva, AR Elm və Təhsil Nazirliyinin SABAH qruplarının İcra Komitəsinin rəhbəri Eldar Qocayev, İcra Komitəsi sədrinin müavinləri Nailə Qəhrəmanova və Sevinc Əliyeva, Bakı Dövlət Universitetinin SABAH Mərkəzinin rəhbəri İradə Süleymanova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin SABAH mərkəzinin rəhbəri Arzu İbrahimova və Azərbaycan Texniki Universitetinin SABAH mərkəzinin rəhbəri Aytən Sadıqova iştirak ediblər.  

 

Görüşdə universitetlərin SABAH qruplarında magistratura səviyyəsində təhsil alan magistrantlara İSİ-nin aparıcı alimləri tərəfindən magistrlik dissertasiya işlərinin mövzularının təyin olunması, iş üzrə elmi rəhbərliyin həyata keçirilməsi, magistrantların laboratoriyalarda görülən işlərlə bilavasitə yaxından tanış olmaları üçün onların İSİ-də elmi tədqiqat təcrübəsi keçmələrinin təşkil olunması və s. məsələlər geniş müzakirə olunmuş, bu işlərin yerinə yetirilməsi üçün həyata keçirilməsi zəruri olan tədbirlər barədə fikir mübadiləsi aparılmışdır.

 

SABAH qruplarının İcra Komitəsinin rəhbəri Eldar Qocayev SABAH qruplarında təhsilin magistratura pilləsi üzrə tədrisi həyata keçirilən ixtisaslar haqqında ətraflı məlumat verərək qeyd etmişdir ki, proqram əsasən kompüter elmləri və texnologiyaları, süni intellekt, kibertəhlükəsizlik, logistika və nəqliyyat, optimallaşdırma, əməliyyatların tədqiqi və sistemi, ehtimal nəzəriyyəsi və s. kimi ən müasir, texnologiya yönümlü ixtisasları əhatə edir.

 

Daha sonra İSİ-nin icraçı direktoru Əminağa Sadıqov İSİ ilə universitetlərin SABAH mərkəzləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasını müsbət qiymətləndirərək, öz növbəsində İnstitut tərəfindən bu işlərin mərhələli şəkildə həyata keçirilməsi üçün lazımi dəstəyin veriləcəyini vurğulamışdır. O, həmçinin magistrantlar üçün İSİ-də kompüter elmləri və texnologiyaları, süni intellekt, kibertəhlükəsizlik və s. sahələri əhatə edən mövzularda seminarların, mühazirələrin, ustad dərslərinin keçirilməsinin vacibliyini qeyd etmiş, bu tədbirlərin universitetlərlə elmi tədqiqat institutları arasında əməkdaşlıqda yeni bir mərhələ olacağını bildirmişdir.

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi