İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının cari il üzrə hesabat iclasları keçirilir
21.11.2023 / Elmi şuranın iclasları21 noyabr 2023-cü il tarixində İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının iclasında bir sıra laboratoriyalarının cari il üzrə hesabatları dinlənilib. Tədbirdə institutun rəhbərliyi, şura üzvləri, şöbə və laboratoriya müdirləri tam heyətdə iştirak ediblər.
İclasda İctimaiyyətlə əlaqələr şöbəsi, Obyektlərin texniki vəziyyətinin identifikasiyası texnologiyaları və sistemləri laboratoriyası, İdarəetmə sistemlərinin texniki vasitələrinin işlənilməsi üsulları laboratoriyası, Texniki obyektlərin və proseslərin modelləşdirilməsi laboratoriyası, Neftqazçıxarma obyektlərinin intellektual diaqnostika və idarəetmə sistemləri laboratoriyası və t.e.d. Abbas Rzayevin 2023-cü il üzrə hesabatları dinlənilib.
Sonda dinlənilən hesabatlarla bağlı geniş müzakirə aparıldı, açıq səsvermə keçirilərək hesabatlar müsbət qiymətləndirildi.