AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Akademik Əli Abbasov İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi üzrə Beynəlxalq Şərq Konfransında iştirak edib

04.12.2023 / Mühüm xəbərlər

23-25 noyabr 2023-cü il tarixlərində Türkiyənin Erzurum şəhərində hibrid formada İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi üzrə Beynəlxalq Şərq Konfransı (IECHCI2023) keçirilib. Konfrans Atatürk Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sabancı Universiteti və AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu (İSİ) tərəfindən təşkil edilib.

 

Tədbirdə çıxış edən İSİ-nin baş direktoru, akademik Əli Abbasov  informasiyanın emalı prosesində həlledici rol oynayan təbii dillərin emalı modeli əsasında tətbiqi süni intellekt sistemlərinin, o cümlədən intellektual tətbiq proqramlarının yaradılması sahəsində rəhbərlik etdiyi elmi müəssisədə həyata keçirilən tədqiqat və təkmilləşdirmə işlərindən bəhs edib, bu istiqamətdə qurulan əməkdaşlıq əlaqələrindən söz açıb. Dil sistemlərinin onların öyrədildiyi nitq və mətn korpusunun keyfiyyəti və mübadiləsindən asılı olduğunu bildirən akademik az rəqəmsal linqvistik resurslara malik dillər üçün kifayət qədər böyük korpuslar yaratmaq mümkün olmadığından daha az yayılmış dillərdə informasiyanın işlənilməsi üçün yüksək keyfiyyətli intellektual sistemlərin yaradılmasında problemlər yarandığını qeyd edib. Rəhbərlik etdiyi institutda Startup. “Robotronics” şirkəti ilə birlikdə əldə edilən nəticələrdən söz açan Ə.Abbasov 10 000 saat həcmində Azərbaycan dilinin nitq, 300 milyon cümlədən ibarət mətn, 3 milyarda yaxın söz formasından ibarət olan rəqəmsal korpusun yaradıldığını, onun əsasında isə chat-bot tipli sistemin hazırlanaraq çağrı mərkəzləri və əhaliyə xidmət sahələrində uğurla tətbiq edildiyini diqqətə çatdırıb.

 

Konfrans haqqında ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

https://atauni.edu.tr/uluslararasi-dogu-insan-bilgisayar-etkilesimi-konferansi-ataturk-universitesi-ev-sahipliginde-gerceklesti

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi