AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunda Belarus Dövlət İqtisad Universitetinin nümayəndəsi ilə görüş keçirilib

13.12.2023 / Xarici əlaqələr və Əməkdaşlıq

13 dekabr 2023-cü il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Belarus Dövlət İqtisad Universitetinin nümayəndəsi ilə görüş keçirilib. Görüşdə İSİ-nin baş direktoru, akademik Əli Abbasov, Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.ü.f.d. Aygün Əliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, prof. Zahid Fərrux Məmmədov və Belarus Dövlət İqtisad Universitetinin Tədris işləri üzrə prorektoru, dosent Olqa Morozeviç iştirak ediblər. Görüşün əsas məqsədi sözügedən müəssisələr arasında elm və təhsil sahələrində əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi olub.


Əvvəlcə akademik Əli Abbasov instituta göstərilən diqqətə görə təşəkkürünü bildirərək rəhbərlik etdiyi elmi müəssisənin tarixi, strukturu, idarəetmənin nəzəri və tətbiqi problemləri, süni intellekt texnologiyaları və sosial-iqtisadi sistemlərin tədqiqi kimi əsas fəaliyyət istiqamətləri və aparılan fundamental elmi tədqiqatlar barədə ətraflı məlumat verib. İdarəetmə sistemləri, optimallaşdırma və modelləşdirmə sahələrində əldə olunan mühüm elmi nəticələrdən bəhs edən alim, alınan qrantlar, patentlər və həyata keçirilən layihələrdən danışıb.


Sonra dosent Olqa Morozeviç təmsil etdiyi elmi müəssisənin fəaliyyət istiqamətləri barədə məlumat verib, universitetdə təhsil alan azərbaycanlı tələbələrə yaradılan şəraitdən danışıb. O, Belarus Dövlət İqtisad Universitetində yeni yaradılan Süni İntellekt Mərkəzindən söz açıb, İSİ alimlərini elmi seminarlar keçirməyə üçün universitetə dəvət edib. O.Morozeviç sözügedən elmi müəssisələr arasında gələcək mübadilə proqramları ilə bağlı təkliflərini səsləndirib, ikitərəfli əməkdaşlığın inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.


Görüş çərçivəsində sözügedən elmi müəssisələr arasında birgə fəaliyyət imkanları və davamlı əməkdaşlıq perspektivləri müzakirə edilib.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi