AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunda “Sabahın alimləri” Respublika müsabiqəsində iştirak edəcək şagirdlə görüş keçirilmişdir

15.12.2023 / Mühüm xəbərlər

Məlum olduğu kimi, 2012-ci ildən etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycanın ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri üçün “Sabahın alimləri” Respublika müsabiqəsi keçirilir. Dəfələrlə İdarəetmə Sistemləri İnstitutunun (İSİ) aparıcı alimləri müsabiqədə komanda şəklində iştirak edəcək şagirdlərə elmi məsləhətçilik edərək mövzuların seçilməsində, layihələrin hazırlanmasında və müsabiqəyə təqdim olunmasında onlara elmi dəstək göstəriblər.

 

14 dekabr 2023-cü il tarixində institutda “Sabahın alimləri” Respublika müsabiqəsinin 2024-cü ildə keçirilməsi nəzərdə tutulan növbəti layihəsində iştirak edəcək 189-190 saylı tam orta məktəbin XI sinif şagirdi Sara Dadaşova və həmin məktəbin informatika müəllimi Gülnar İbadlı ilə görüş keçirilmişdir. Görüşdə şagirdə elmi məsləhətçilik edəcək İSİ-nin laboratoriya müdiri, r.ü.f.d., dosent Gülçin Abdullayeva, laboratoriyanın elmi işçisi Səyyarə Hidayətzadə, İSİ-nin Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyeva iştirak ediblər.

 

İlk öncə dosent Gülçin Abdullayeva rəhbərlik etdiyi “İnformasiyanın intellektual email sistemləri” laboratoriyasında görülən işlər, əldə olunan elmi nailiyyətlər haqqında ətraflı məlumat vermişdir. Daha sonra müsabiqəyə təqdim olunacaq layihənin mövzusunun seçilməsi, layihənin yerinə yetirilməsi üçün görüləcək işlərin planının tərtib olunması və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmış, məsləhət və tövsiyələr bildirilmişdir.

 

Sonda müəyyən olunmuş cədvəl üzrə mütəmadi görüşlərin keçirilməsi qərara alınmışdır.

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi