AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Çində yaşayan həmvətənlərimiz Azərbaycan Respublikası Prezidenti seçkilərində fəal iştirak ediblər

19.02.2024 / Mühüm xəbərlər

Çin Xalq Respublikasında yaşayan həmvətənlimiz, geologiya-mineralogiya elmləri üzrə elmləri doktoru, professor, akademik Elçin Xəlilov Çində yaşayan soydaşlarımızın 7 fevral 2024-cü il tarixində keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirakı barədə “Vışka” («Вышка») qəzetinə müsahibə verib. Soydaşlarımızın seçkilərdə böyük ruh yüksəkliyi ilə iştirak edərək Azərbaycanın xoşbəxt və firavan gələcəyinə səs verdiklərini bildirən akademik müşahidə əsasında şəffaf şəkildə həyata keçirilən və yüksək səviyyədə təşkil olunan seçkilərin dünya demokratiyası üçün də bir örnək olduğunu vurğulayıb. Çindəki soydaşlarımızın iştirak etdikləri bu seçkilərdəki yekdillik və ruh yüksəkliyi hazırkı dövlət başçısına olan böyük etimadı və minnətdarlığı əks etdirirdi.

 

E.Xəlilov Azərbaycanın ÇXR-dəki səfirliyində olarkən ölkəmizin fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynovla görüşüb, ona Çindəki fəaliyyəti və sözügedən ölkələrin elmi ictimaiyyəti, elm və təhsil müəssisələri arasında əməkdaşlığın inkişafı istiqamətində atılan addımlardan  söz açıb. Akademik, həmçinin 25-29 oktyabr 2023-cü il tarixlərində bilavasitə öz iştirakı ilə ÇXR Vençjou Universiteti və Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Federal Tədqiqat Mərkəzinin həmtəşkilatçılığı ilə AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) keçirilən İnteraktiv Kollaborativ Robototexnika üzrə 8-ci Beynəlxalq Konfransı (ICR 2023) haqqında ətraflı söz açıb.

 

Qeyd edək ki, E.Xəlilov “Bilik və bacarıqlarına ehtiyac duyulan istedadların cəlb edilməsi üzrə dövlət milli proqramı”nın qalibi kimi Çin Xalq Respublikasına dəvət olunub və 2022-ci ildən etibarən orada yaşayır. Akademik “Milli səviyyəli istedadlar müsabiqəsi”nin qalibi kimi “Milli Yüksək Səviyyəli İstedad” statusu alıb və Çin Xalq Respublikasının İstedadların Dövlət Reyestrinə daxil edilib. O, hazırda Vençjou Universitetində bir sıra elmi proqramlara və universitetin Böyük elmi şöbəsinə rəhbərlik edir.

 

Müsahibənin tam mətni ilə tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

"Vışka" qəzeti, 9 fevral 2024

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi