AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunda IPLOOK Networks Co., Ltd. şirkətinin nümayəndəsi ilə görüş keçirilib

29.02.2024 / Xarici əlaqələr və Əməkdaşlıq

28 fevral 2024-cü il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Çin Xalq Respublikasının IPLOOK Networks Co., Ltd. şirkətinin  MDB üzrə regional direktoru Yuchao Tang ilə görüş keçirilib. Görüşdə İSİ-nin baş direktoru, akademik Əli Abbasov, İSİ-nin icraçı direktor vəzifəsini müvəqqəti icra edən, t.e.d., dos. Elxan Səbziyev, Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev və baş mütəxəssis Nərmin Abbaszadə iştirak ediblər. Qeyd edək ki, görüş İSİ nümayəndə heyətinin 3-9 sentyabr 2023-cü il tarixlərində Çin Xalq Respublikasına səfəri zamanı qurulan əməkdaşlıq əlaqələri çərçivəsində həyata keçirilib.  

 

Əvvəlcə akademik Əli Abbasov qonağa instituta göstərilən diqqətə görə təşəkkürünü bildirərək rəhbərlik etdiyi elmi müəssisənin əsas fəaliyyət istiqamətləri, aparılan fundamental elmi tədqiqatlar və beynəlxalq əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib. Ötən il İSİ nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində aerokosmik informasiyanın emalı, birgə elmi-tədqiqat layihələrinin yerinə yetirilməsi və kadr hazırlığı üzrə qurulan səmərəli əməkdaşlıq əlaqələrindən danışıb. Səfər çərçivəsində elm-sənaye platformasına əsaslanan aşağı orbitli peyklərin yer haqqında informasiya xidmətləri verən şirkətlərlə, o cümlədən IPLOOK Technologies Co., Ltd ilə keçirilən görüşdən söz açan Ə.Abbasov sözügedən şirkətin mobil xidmətlər sahəsindəki önəmindən bəhs edib.

 

Çıxışının sonunda Ə.Abbasov IPLOOK Networks Co., Ltd. şirkətinə Azərbaycanda bulud texnologiyaları sahəsində səmərəli əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində İSİ-nin partnyorları olan SİNAM MMCvə Azerconnect şirkəti ilə işgüzar görüşlər keçirilməsini təklif edib.

 

Sonra Y.Tang təmsil etdiyi şirkətin tarixi və fəaliyyət istiqamətləri barədə ətraflı çıxış edib. Qeyd edib ki, IPLOOK Networks Co., Ltd. 3G/4G/5G əsas şəbəkələrinin çevik inkişaf, fərdiləşdirilmiş xidmətlər və ucdan-uca şifrələmə imkanlarına malik aparıcı proqram təminatı şirkətidir. 2012-ci ildə əsası qoyulanşirkət dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərərək 50 milyondan çox abunəçini birləşdirmək imkanı əldə edib. IPLOOK şirkətinin qlobal arenadamüştərilər üçün təqdim etdiyi yüksək dərəcədə genişləndirilə bilən virtuallaşdırılmış əsas mobil şəbəkə barədə danışan Y.Tang müasir texnoloji imkanları ilə Azərbaycanda fəaliyyət göstərməyə maraqlı olduqlarını bildirib. Sözügedən şəbəkənin ölkəmizdə istifadəsinin üstünlüklərindən söz açan Y.Tang bu istiqamətdə təkliflərini səsləndirib.

 

İSİ-nin icraçı direktor vəzifəsini müvəqqəti icra edən, t.e.d., dos. Elxan Səbziyev çıxış edərək ölkədə idarəetmə sistemlərinin ikişafı istiqamətində İSİ-də həyata keçirilən aktual elmi tədqiqatlardan və kadr hazırlığı siyasətindən bəhs edib. Elmi və praktiki əməkdaşlığın sözügedən müəssisələr üçün səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edən E.Səbziyev IPLOOK Networks Co., Ltd. şirkətinin Azərbaycanda bulud texnologiyaları sahəsində fəaliyyəti barədə sual və təkliflərini səsləndirib.

 

İSİ-nin Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev çıxış edərək sözügedən elmi müəssisələr arasında qurulan əməkdaşlıq əlaqələrinin səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib, qonaqlara cari ildə 15-17 may 2024-cü il tarixlərində İSİ-də keçiriləcək Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 3-cü beynəlxalq konfrans (PLMO 2024) barədə məlumat verib.

 

Görüş çərçivəsində sözügedən müəssisələr arasında birgə fəaliyyət imkanları və davamlı əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi