AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunda 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

07.03.2024 / Tədbirlər

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, gənc alim və mütəxəssislər iştirak ediblər.

 

Tədbiri giriş nitqi ilə açan İSİ-nin baş direktoru, akademik Əli Abbasov Azərbaycan qadınının tarixin müxtəlif dövrlərində cəmiyyətdə tutduğu yüksək mövqedən bəhs edib. Bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən layihələrin uğurla icra olunması onun timsalında Azərbaycan xanımlarının zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olmasının bariz nümunəsidir. Qeyd edib ki, dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından əvvəl müsəlman şərqində seçib-seçilmək hüququ qazanan Azərbaycan qadınları qabaqcıl düşüncəli, yenilikçi və mütərəqqi ruhlu olduqlarını sübuta yetirmişlər.

 

Azərbaycan elminin inkişafında önəmli rol oynayan qadın alimlərimizdən bəhs edən Ə.Abbasov rəhbərlik etdityi müəssisədə çalışan xanımlara institutun elmi və ictimai inkişafına bəxş etdikləri töhfələrə görə təşəkkürünü ifadə edib, onlara cansağlığı, səadət və gələcək işlərində uğurlar arzulayıb.

 

Sonra İSİ-nin icraçı direktor vəzifəsini müvəqqəti icra edən, t.e.d., dosent Elxan Səbziyev çıxış edərək Azərbaycan qadınının öz zəkası, müdrikliyi, sədaqəti, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqın adını uca tutduğunu qeyd edib. E.Səbziyev bildirib ki, çağdaş Azərbaycan qadını fədakar ana olmaqla yanaşı, həm də peşəkar elm xadimi, bacarıqlı siyasətçi və xalqın etimadını qazanan dövlət məmurudur. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkədə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Çıxışının sonunda institutun qadın əməkdaşlarını bu əlamətdar gün münasibətilə təbrik edən E.Səbziyev onlara xoşbəxtlik, uğur və yeni elmi nailiyyətlər arzu edib.

 

Daha sonra t.e.d., dosent Fəhrad Paşayev, r.e.d. İlqar Məmmədov, r.ü.f.d., dosent Ədalət Paşayev, t.ü.f.d., dosent Rəna Əsədova, r.ü.f.d., dosent Ələkbər Axundov və t.ü.f.d. Tofiq Babayev çıxış edərək bütün tarixi dövrlərdə öz istedadı, zəkası, ailəyə və vətənə bağlılığı ilə seçilən Azərbaycan qadınının milli-mənəvi dəyərlərin qorunub saxlanmasında müstəsna xidmətlərindən, elm və təhsilin inkişafında mühüm rolundan bəhs edib, institutun qadın əməkdaşlarını və onların timsalında bütün Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.

 

Tədbirin sonunda İSİ-nin Həmkarlar təşkilatının sədri Zəhra Əzizova və Qadınlar şurasının sədri, dosent Rəna Əsədova institutun elmi və ictimai fəaliyyəti ilə fərqlənmiş xanımlarına Fəxri Fərman təqdim ediblər.

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 18.12.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi