AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunda Həmkarlar təşkilatının 5 illik hesabat iclası keçirilib

14.03.2024 / Tədbirlər

13 mart 2024-cü il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Həmkarlar təşkilatının 5 illik hesabat iclası keçirilib. Tədbirdə institutun rəhbərliyi, Elmi təşkilatların Birləşmiş Həmkarlar İttifaqının Rəyasət heyətinin üzvü, AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent İradə Mirzəzadə, şöbə və laboratoriya müdirləri və digər əməkdaşlar iştirak ediblər.

 

Öncə İSİ-nin icraçı direktor vəzifəsini müvəqqəti icra edən, t.e.d., dosent Elxan Səbziyevin rəhbərliyi ilə təşkilat üzvləri tərəfindən iclasın sədr və katibliyinə seçkilər keçirilib. Seçkilər nəticəsində İSİ-nin Kadrlar şöbəsinin müdiri Gülnar Quliyeva iclasın sədri, Zülal Cəbiyeva isə katibi təyin olunub.

 

İştirakçıları iclasın gündəliyindən irəli gələn məsələlərlə tanış edən G.Quliyeva İSİ-nin Həmkarlar təşkilatının 2018-2023-cü illər üzrə fəaliyyəti haqqında hesabatı təqdim etmək üçün sözü institutun Həmkarlar təşkilatının sədri Zəhra Əzizovaya verib.

 

Rəhbərlik etdiyi təşkilatın 5 illik fəaliyyəti haqda hesabatı təqdim edən Z.Əzizova İSİ rəhbərliyinin dəstəyi ilə Həmkarlar təşkilatı tərəfindən institut əməkdaşlarının rifah halının yaxşılaşdırılması, mədəni-kütləvi tədbirlərdə iştirakı və asudə vaxtın səmərəli keçirilməsinin təşkili istiqamətində həyata keçirilən tədbirlər, əlilliyi olan əməkdaşların əmək haqqının  artırılması, maddi yardım və ödənişsiz tibbi müayinə kampaniyaları barədə ətraflı məlumat verib.

 

Sonra  dosent Elxan Səbziyev, AMEA-nın müxbir üzvü Kamil Ayda-zadə, professor Ramin Rzayev, r.e.d. İlqar Məmmədov, dosent Gülçin Abdullayeva çıxış edərək Həmkarlar təşkilatının sədri, İSİ-nin Elmi katibi Z.Əzizovanın təşkilata sədrlik etdiyi illər ərzində vəzifə öhdəliklərini layiqincə yerinə yetirməsi, sosial müdafiəsinin həyata keçirilməsi, Azərbaycanın müxtəlif guşələrinə səfərlərin təşkili ilə bağlı nümunəvi fəaliyyətini yüksək qiymətləndirib, onun namizədliyinin yenidən irəli sürülməsini təklif ediblər.

 

Daha sonra Təftiş komisiyasının sədri Lalə Rzayeva tərəfindən komisiyanın 2018-2023-cü illər üzrə hesabatı təqdim olunub. 

 

Sonra Həmkarlar təşkilatının və Təftiş komisiyasının yeni heyətinin müəyyənləşdirilməsi üçün səsvermə keçirilib. Nəticələrə əsasən, Həmkarlar təşkilatının sədri Zəhra Əzizova, üzvləri Gülnar Quliyeva, Zülal Cəbiyeva, Anar Rəhimov, Anar İsgəndərov, Ulduz İbrahimova, Natella Sadıqova, Təftiş komisiyasının sədri Lalə Rzayeva, üzvləri isə Bahar Həsənova və Fəxriyə Məmmədbağırova seçilib.

 

Daha sonra İradə Mirzəzadə çıxış edərək təmsil etdiyi elmi müəssisə ilə İdarəetmə Sistemləri İnstitutu arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib. İSİ-nin Həmkarlar təşkilatı tərəfindən təqdim olunan hesabatı müsbət qiymətləndirib, öz vəzifə ödhəliklərini uzun illər layiqincə yerinə yetirən Z.Əzizovanı yenidən seçilməsi münasibətilə təbrik edib.  

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 23.05.2025
    ED 1.20 Dissertasiya şurasının növbəti iclası keçiriləcək
  • 16.05.2025
    ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi