AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Soft Kompyutinq üzrə 4-cü beynəlxalq konfrans keçirilmişdir

27.05.2014 / Xəbərlər

Mayın 25-27-də Kaliforniyanın Berkli şəhərinin "Double Tree by Hilton” mehmanxanasında Soft Kompyutinq üzrə 4-cü beynəlxalq konfrans keçirilmişdir. Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin elmi irsinə həsr olunmuş konfrans 2011-ci ildən keçirilir və Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən maliyyələşdirilir. Konfransda dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycan, Belçika, Norveç, Ukrayna, Rusiya, Slovakiya, Meksika, Macarıstan, Kanada, ABŞ, Səudiyyə Ərəbistan, Hindistan, İran, Almaniya, Polşa və İspaniyadan olan alimlər 78 elmi məqalə ilə çıxış etmişlər.
Konfransın baş katibi Azərbaycan Texniki Universitetinin dosenti Şahnaz Şahbazova giriş nitqində Lütfi Zadənin elmi fəaliyyəti haqqında geniş məlumat vermişdir. Açılış mərasimində ABŞ alimi Ronald Yaqer, polşalı alim Yanus Kaapçik və Azərbaycan Milli Məclisinin deputatı, Milli Elmlər Akademiyasının müxbir üzvü Asəf Hacıyev çıxış etmişlər. A.Hacıyev Lütfi Zadə adına Akademiyanın yeni yaradılmış veb-saytı haqqında konfrans iştirakçılarına məlumat vermiş, görkəmli alimi Lütfi Zadəyə Quba xalçasını təqdim etmişdir.
Konfrans öz işinə Lütfi Zadənin məruzəsi ilə başlamışdır. Konfransın birinci sessiyasında müxtəlif ölkələrdən məruzəçilərlə yanaşı, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Aidə Quliyeva "DEA” (Rəqəmli Örtüklər Analizi) və "SFA” (Staxostik Sərhədlərin Analizi) metodlarının asimmetrik informasiyanın effektliyinin ölçülməsində rolu” adlı məruzə ilə çıxış etmişdir. Yeni iqtisadi münasibətlər şəraitində informasiyanın asimmetrikliyi daha qabarıq üzə çıxır. Bu barədə danışan A.Quliyeva demişdir ki, adətən asimmetrik informasiya iqtisadi inkişafda neqativ hal kimi qəbul edilirdi. Lakin bu yeni tədqiqat onun effektliyi hallarını təhlil edir və bu çərçivədə DEA və SFA metodlarından istifadə olunur.
Konfransın ikinci sessiyasında Azərbaycan Milli Məclisinin deputatı, Milli Elmlər Akademiyasının müxbir üzvü Asəf Hacıyev məruzə ilə çıxış etmişdir. Məruzəçi çıxışında ehtimal nəzəriyyəsində baş verən gözlənilməz (paradoksal) hadisələrdən danışmışdır. Qeyd olunmuşdur ki, bu sahədə təqdim olunan nəticələr müəllifin yaratdığı mürəkkəb texniki sistemlər üçün idarəetmə nəzəriyyəsinin bir hissəsidir. İkinci paradoksun hərəkətdə olan hissəciklərin riyazi modelləri ilə bağlı olduğunu bildirən A.Hacıyev məşhur Belyayev effektinin ümumiləşdirilməsini təqdim etmiş və alınan nəticələrin nəqliyyat sistemlərində istifadəsini diqqətə çatdırmışdır.
Daha sonra Azərbaycan Texniki Universitetinin professoru Bayram Ibrahimov universitetin rektoru Havar Məmmədov ilə birgə hazırladıqları "Neyro şəbəkələr texnologiyasından istifadə etməklə xidməti trafiklərin proqnozlaşdırılması metodların effektliyi” məsələsinin tədqiqinə həsr olunmuş məruzə ilə çıxış etmişdir. B.Ibrahimov demişdir ki, aparılmış tədqiqatlar neyroşəbəkələr texnologiyası və qeyri-səlis məntiq nəzəriyyəsindən istifadə edilməklə telekommunikasiya şəbəkələrində xidməti trafiklərin yaratdığı yükün qiymətləndirilməsi və proqnozlaşdırılması zamanı yüksək dəqiqliyin təmin olunduğunu göstərir.
Konfransda daha sonra Azərbaycan Dövlət İqtisad Universiteti informasiya iqtisadiyyatı və texnologiyaları kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Kərimovun Azərbaycan Respublikasının timsalında neft qiymətlərinin dəyişməsi ilə iqtisadi artım arasında asılılığın tapılmasına həsr olunmuş məruzəsi dinlənilmişdir. Məruzəçi demişdir ki, lazım olan an üçün və lazım olan miqdarda məlumat almağın mümkünsüzlüyü riyazi baxımdan bu məsələni natamam ilkin informasiyalı məsələlər sinfində baxılmağa sövq edir. Bu tip məsələlərin ilkin informasiyanın qıtlığı və məsələnin təbiəti onun həllinin və alınan nəticələrin qeyri-səlis mühitdə axtarılması sınanmış yanaşmadır ki, bu da Lütfi Zadə nəzəriyyəsinin tətbiqi ilə mümkündür. Yanaşmanın orijinallığı ondan ibarətdir ki, neyron şəbəkələrdən istifadə edilməklə həll edilən "klaster-analiz” məsələsi müəllifin riyaziyyat sahəsində apardığı tədqiqatlara əsaslanır. Mütəxəssislərin fikrincə, bu tədqiqatların çərçivəsinin genişləndirilməsi, yəni başqa neft ölkələrinin də buraya əlavə edilməsi makroiqtisadiyyat sahəsində tədqiqatlara geniş yol aça bilər.
Konfransda iştirak edən bir çox alimlərin çıxışlarını yekunlaşdıran Azərbaycan Texniki Universitetinin dosenti Şahnaz Şahbazova öz məruzəsində ekspert sistemlərinin konstruksiyasının riyazi modelləri və onların təhsil sisteminə tətbiqi metodlarının işləndiyi barədə məlumat vermişdir. O qeyd etmişdir ki, qeyri-səlis məntiqdən istifadə etməklə tələbələrin biliklərinə nəzarətin ilkin metodu yaradılmışdır və bu, prosesdə müəllimin rolunu maksimum azalıdır.
Bir daha xatırladaq ki, konfrans Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən maliyyələşdirilir. Son illərdə nazirlik ABŞ-ın bir sıra universitetləri ilə əməkdaşlıq sazişləri imzalamışdır. Bura Berklidəki Kaliforniya Universiteti, San Antonio və Azərbaycan Texniki Universiteti ilə üçtərəfli, Azərbaycan Texniki Universiteti və Nyu-Yorkun İona Kolleci ilə ikitərəfli sazişlər daxildir.

/AzərTAc /

Tweet
ELANLAR
  • 03.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 02.04.2026
    16–30 aprel 2026-cı il tarixlərində Minsk şəhəri Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin təşkil etdiyi “İnformasiyanın ötürülməsi və emalı texnologiyaları” adlı Beynəlxalq elmi-texniki seminar keçiriləcək
  • 01.04.2026
    Bakı Ali Neft Məktəbində Ağıllı Sistemlər və Kibertəhlükəsizlik mövzusunda VII Beynəlxalq Elmi Konfransı keçiriləcək
  • 01.04.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi