AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

15.04.2024 / Mühüm xəbərlər

Bakıda “Hilton Baku” otelində Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə "Scopus"da indekslənən “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar” adlı beynəlxalq elmi konfrans keçirilmişdir.

 

Konfrans haqqında ümumi məlumat verərək açılış nitqi ilə çıxış edən OYU-nun Müşahidə Şurasının sədri, prof. Samir Vəliyev ölkə başçısının müvafiq sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırlatmışdır. O, Azərbaycanda ekoloji tarazlığın və ətraf mühitin qorunmasından, alternativ enerji mənbələrindən səmərəli istifadə edilməsindən, eləcə də iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində görülən işlərdən danışmışdır.

 

Ölkə başçısının sərəncamları ilə Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan edildiyini deyən prof. Samir Vəliyev bu bölgələrdə bərpaolunan enerji istehsalı üçün geniş imkanların olduğunu diqqətə çatdırmışdır. O vurğulamışdır ki, Prezident İlham Əliyev fəaliyyəti dövründə Azərbaycanın nəinki qüdrətli enerji dövləti kimi inkişafına nail olmuş, eyni zamanda, qətiyyəti, dəmir iradəsi sayəsində ölkəmizin ərazi bütövlüyünü, suverenliyini tam təmin edərək liderliyi ilə yeni tarixi reallıqlar yaratmışdır.

 

Daha sonra çıxış edən OYU-nun Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, prof. Fəxrəddin Məmmədov müstəqillik dövründə Azərbaycanın bir çox tarixi əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini qeyd etmiş, “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar” adlı beynəlxalq elmi konfransın 2024-cü ildə ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olduğunu bildirmişdir.

 

Konfransın açılış mərasimində “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Energetika nazirinin müavini Orxan Zeynalov, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Cavadov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, MBA, BBA proqramının (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (Azərbaycan) və Corciya Dövlət Universiteti (ABŞ) birgə proqramı) direktoru, akademik Rafiq Əliyev, dünya şöhrətli alimlər, kanadalı prof. Witold Pedrycz və polşalı prof. Janusz Kacprzyk çıxış edərək tədbirin əhəmiyyətini qeyd etmişlər.

 

“Ağıllı ətraf mühit və yaşıl texnologiyalar” adlı beynəlxalq elmi konfransın Bakıda keçirilməsi qərarını, həmçinin Azərbaycanın “yaşıl enerji” siyasətinə qlobal dəstəyini təqdirəlayiq hesab etmişlər.

 

Konfrans çərçivəsində keçirilən plenar iclasda İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, professor Elçin Əliyev və Ramin Məmmədov An Intelligent Management System for Business Facilities Based on the

Joint Use of IoT and Unmanned Technologies adlı məruzə ilə çıxış ediblər. Sonra konfrans öz işini bölmələr üzrə davam etdirmişdir.

 

Konfransda İdarəetmə Sistemləri İnstitutunun  İqtisadiyyatın qeyri-səlis modelləri laboratoriyasının müdiri, professor İmanov Qorxmaz və əməkdaşı Asif Əliyev “Fuzzy pattern recognition model for simulating the Green Growth Index for Azerbaijan” adlı məqalə ilə, Məlahət Murtuzayeva və Samir Pur Riza “The quality of the Green Economy as a private indicator of the level of ecological civilization of the country”  adlı məqalə ilə  iştirak ediblər. Həmçinin  “Sosial-iqtisadi proseslərin modelləşdirilməsi” laboratoriyasının müdiri, professor Yadulla Həsənli və əməkdaşları Arzu Səfərova, Rafail Rzayev Green Horizons: Assessing Environmental Sustainability and Renewable Energy's Role in Achieving the Goals - A Case Study of Azerbaijan adlı məqalə ilə çıxış ediblər.

 

Bölmələrdə ağıllı ətraf mühit və yaşıl texnologiyalar ilə əlaqədar bir sıra məruzələr dinlənilmişdir. Məruzələrdə yeni modullar, yeni programlar və süni intellekt üzərində olan çalışmalar xüsusi diqqət çəkmişdir. Konfransda ağıllı şəhər və ağıllı kəndlərin yaradılması uyğun görülən ekosistemlər haqqında dəyərli çıxışlar dinlənilmişdir.

 

Konfransa xaricdən qatılan məruzəçilər öz faydalı fikirləri ilə yerli araşdırmaçıların diqqətini çəkmişlər.

 

İkinci gün Odlar Yurdu Universitetində bölmələr üzrə davam edən konfransda professor-müəllim heyəti və qonaqların iştirakı ilə dəyərli məruzələr dinlənilmişdir.

 

Sonda xarici və yerli alimlərinin böyük maraqla qatıldığı beynəlxalq elmi konfransların növbəti illərdə bundan da geniş miqyasda təşkil olunması universitetimizin rektoru, prof. Əhməd Vəliyev tərəfindən təklif olunmuşdur.

oyu.edu.az

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi