AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

"İqlim dəyişikliyi, enerji, sağlamlıq" mövzusunda məlumatlandırma tədbiri keçirilib

01.06.2016 / Xəbərlər
Qafqaz Universitetində AMEA və Avropa Komissiyasının dəstəyi ilə "Horizon-2020” Proqramı çərçivəsində "İqlim dəyişikliyi, enerji, sağlamlıq" mövzusunda məlumatlandırma tədbiri keçirilib.  
AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Fransanın Milli Elmi Araşdırma Mərkəzi və Pasteur İnstitutunun, Macarıstanın Elm və İnkişaf üzrə Regional Mərkəzinin, Ukraynanın Odessa Dövlət Ekologiya Universitetinin nümayəndələri də daxil olmaqla, müvafiq sahələr üzrə fəaliyyət göstərən 80-dən artıq alim və mütəxəssis iştirak edib.
Tədbirdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Avropa İttifaqının "Horizon-2020” proqramının mahiyyəti, icra prinsipləri və əhatə dairəsi barədə məlumat verib. Ə.Saniç rəhbərlik etdiyi universitetin bu proqram çərçivəsində həyata keçirilən tədbirləri dəstəklədiyini bildirib. Qeyd edib ki, tədbir alim və mütəxəssislərin müxtəlif layihələrdə iştirakının təmin edilməsi, əməkdaşlığın genişləndirilməsi baxımdan faydalıdır.
Sonra AMEA-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini Zərifə Əliyeva "İqlim dəyişikliyi, enerji, sağlamlıq" mövzusunda keçirilən növbəti məlumatlandırma tədbirinin AMEA-da baş tutacağını bildirib. Rəis müavini Avropa İttifaqının tədqiqat və innovasiya üzrə proqramı olan "Horizon-2020” layihəsinin alimlərin elmi ideyalarının həyata keçirilməsinə böyük dəstək verdiyini vurğulayıb.
Tədbirdə AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elxan Səbziyev, həmin institutun Xarici əlaqələr və innovasiya şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev, Təhlükəsizlik və Enerji Tədqiqatları Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Ceyhun Mahmudlu və AMEA İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev proqrama dair məruzələrlə çıxış ediblər.
Tədbir öz işini "Sağlamlıq və rifah”, "İqlim dəyişikliyi və ətraf mühit” və "Enerji” seksiyaları üzrə davam etdirib.
Tədbirin yekunu 2 iyun 2016-cı il tarixində AMEA-nın Əsas binasında baş tutacaq.
Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi