AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Rəqəmsal Transformasiya: Problemlər və Həllər” (DTPS-2024) elmi-praktiki konfrans keçirilib

31.05.2024 / Mühüm xəbərlər

27 may 2024-cü il tarixində İdarəetmə Sistemləri İnstitutunun elmi-praktiki əməkdaşı olan SİNAM MMC-nin 30 illik yubileyinə həsr olunmuş “Rəqəmsal Transformasiya: Problemlər və Həllər” (DTPS-2024) adlı elmi-praktiki konfrans keçirilmişdir.


Konfrans SİNAM MMC, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri və İnformasiya Texnologiyaları İnstitutlarının həmtəşkilatçılığı ilə baş tutub. Elmi-praktiki konfransa informasiya texnologiyaları və rəqəmsal transformasiya, intellektual sistemlər və əlaqəli digər elm sahələrində fəaliyyət göstərən alim və mütəxəssislər dəvət olunmuşdur.

 

Konfrans əsnasında “Rəqəmsal Transformasiya: Problemlər və Həllər” mövzusunda panel müzakirə təşkil olunub. SİNAM şirkətinin prezidenti, professor Elçin Əliyevin moderatorluğu ilə keçən panel müzakirədə akademik Rasim Əliquliyev, akademik Əli Abbasov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Elmin Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, əməkdar müəllim, təhsil üzrə ekspert Asif Cahangirov və SİNAM MMC-nin biznes inkişafı üzrə direktoru İslam Əhmədov iştirak ediblər. Panel müzakirədə ölkəmizdə rəqəmsal transformasiya ilə bağlı problemlər və onların həlli yollarına dair fikirlər səsləndirilib, həmçinin özəl sektor və elm sahəsinin nümayəndələrinin birgə iştirakı ilə rəqəmsallaşma prosesi fərqli bucaqlardan nəzərdən keçirildi.

 

Daha sonra konfrans öz işinə “IoT texnologiyasına əsaslanan sənaye və kənd təsərrüfatı kiber-fiziki sistemləri”, “Sənaye, biznes və kənd təsərrüfatında İntellektual İdarəetmə Sistemləri”, “Ağıllı şəhərlər (kəndlər) və infrastrukturlar (modelləşdirmə, simulyasiya və inkişaf)”, “Ətraf mühit verilənlərinin analitik təhlili və qərarların qəbul edilməsini dəstəkləyən kompüter və informasiya sistemləri” mövzularında seksiyalarla davam edib.

 

Konfransın əsas məqsədi müstəqil Azərbaycanda 30 il ərzində biznes sahəsi kimi formalaşan və davamlı inkişaf edən yüksək texnologiyalar sektoruna baxış keçirilməsi, rəqəmsal transformasiya ilə bağlı problemlər və onların həll yollarının müzakirəsi, rəqəmsallaşma prosesinin biznes və elm kontekstində müxtəlif bucaqlardan nəzərdən keçirilməsi və sinergetik effekt nəticəsində tamamilə yeni təcrübənin formalaşdırılmasına imkan yaratmaqdan ibarət olmuşdur.

 

Qeyd edək ki, konfransa təqdim olunan məqalələrin Proqram Komitəsi tərəfindən seçilərək İnformasiya Texnologiyaları İnstitutunun “Problems of information society” jurnalında nəşr olunması nəzərdə tutulur.

 

Tweet
ELANLAR
  • 22.06.2026
    UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək
  • 23.04.2026
    İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 30.01.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi